Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3205/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, *4.0*.*962-ci il təvəllüdlü X3 *3.*2.20*7-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası *4.0*.*962-ci il təvəllüdlü X5, *3.*2.20*7-ci il tarixdə ürək tutmasından ölmüşdür. Ölüm faktı təcili yardım tərəfindən qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin müəyyən müddət ərzində alınmasından məlumatsız olmuşlar. Qanunla müəyyən olunmuş müddəti ötürdüyündən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, atası, *3.*2.20*7-ci ildə yaşadıqları evdə ölmüşdür. Həmin zaman evdə anası və bacısı olmuşdur. Atası, xərçəng xəstəsi olmuşdur. Atası öləndən sonra cəsədi müayinə olunmamışdır. Ona görə də ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin anasıdır. Əri, X5 *3.*2.20*7-ci ildə ölmüşdür. Əri, xərçəng xəstəsi olmuş, daimi müalicə olmuşdur. Əri, saat 2*:00 radələrində ölmüşdür. Həmin zaman ərinin səhəti pis olmuş, nəticədə ölmüşdür. Əvvəl təcili yardım tərəfindən verilmiş arayışı, ölümü təsdiq edən sənəd kimi qəbul etmişlər. Lakin sonra bilmişlər ki, həmin sənəd kifayət etmir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Atası, 20*7-ci ilin dekabr ayının *3-də ölmüşdür. Atası xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Atası ölən vaxtı o öz evlərində olmuş, anası xəbər vermişdir. Atası, Hövsan Südçülük qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: -seriya İX-ЖГ seriyalı, 3*3006 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5, *4.0*.*962-ci ildə ünvan 1ində doğulmuşdur. -seriya AZE, *5425879 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5, *4.0*.*962-ci ildə ünvan 1ində doğulmuş, Salyan rayonu, Dayıknd kəndi ünvanında qeydiyyatdadır - Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsi tərəfindən verilmiş 2*.08.2023-cü il tarixli arayışdan görünür ki, arayış verilmişdir Ərizəçi ondan ötrü ki, onun atası mərhum X5, *3.*2.20*7-ci il tarixd vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsbəsi, Hövsan südçülük sovxozunda yerləşən qəbirstanlığında dəfn edilmişdir. -29 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yaşamış *4.0*.*962-ci il təvəllüdlü X5, *3.*2.20*7-ci il tarixdə ev şəraitində təcili yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat etmiş şəxsin yaxınları gec müraciət etdiyinə görə AZS *06 forma (ölüm haqqında tibbi şəhadətnamənin) verilməsindən imtina edilmişdir. -*3.*2.20*7-ci il tarixli Təcili və təxirəsalınmaz X9 Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, *3.*2.20*7-ci il tarixdə saat 23:33 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında X5 adlı xəstə ilə əlaqədar həkimə qədər ölüm (kişi cinsli) faktı qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, atası- X3 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -fotoşəkildən görünür ki, məzar daşının üzərində mərhumun şəkli əks olunmaqla “X*, *4.0*.*962-*4.*2.20*7, Lerik rayonu, Molalan kəndi” yazılar yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi atası - X3 *3.*2.20*7-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun həmin tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə *4.0*.*962-ci ildə ünvan 1ində doğulmuş X3 *3.*2.20*7-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *4.0*.*962-ci ildə ünvan 1ində doğulmuş X3 *3.*2.20*7-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3205/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3205/2023
18.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver