Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3209/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, 0*.0*.*993-cü il təvəllüdlü oğlu Araz Nadir oğlunun *7.**.20*3-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu 0*.0*.*993-cü il təvəllüdlü Araz Nadir oğlu anadan gəlmə ürək xəstəsi olmaqla diaqnozu tetradafallov idi. O, Bakı şəhəri, Müşfıqabad qəsəbəsi, yataqxanada qeydiyyatdadır, lakin faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.Qasımov küçəsi, ev 3, mənzil *0-da yaşayır. *7 noyabr 20*3-cü ildə, saat 2*-30 radələrində oğlu Araz Nadir oğlu faktiki yaşadığı mənzildə vəfat etmişdir. O, təcili yardım çağırmış, həkim ona oğlunun artıq vəfat etdiyini bildirmişdir. Oğlu Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər xəstəxanasının qeydiyyatda olmuş, meyit məhkəmə-tibbi ekspertizası şöbəsində müayinə edilməmiş, onu Astara rayonunda Şilyakəran kəndində dəfn etmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının Şiyəkəran kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 633 saylı 2*.08.2023-cü il tarxili arayışı ilə təsdiq olunur ki, *7.**.20*3-cü il tarixdə oğlum vəfat etmiş və onu Şiyəkəran kənd qəbirsanlığında dəfn olunmuşdur. Oğlunun ölüm faktını şahidlərdən X5, qonuşları Mübariz və Dilqəm təsdiq edə bilərlər. Sonradan ölüm haqqında şəhadətnamənin alınması üçün AR “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X*3 “X*4”X** müraciət etsə də, bildirmişlər ki, təcili yardım briqadası gəlmiş, həkimə qədər ölüm təsdiqlənmişdir. Ölüm heç bir həkim tərəfindən yardım olunmadığı üçün bilavasitə ölümün səbəbi məlum deyildir. Bu səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bakı səhəri Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat Şöbəsinə oğlu Araz Nadir oğlunun həkim arayışı təqdim edilmədiyi üçün müraciəti təmin edilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsi üzrə izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadankeçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında bildirdi ki, ərizəçi onun qonşusudur. X8 isə ərizəçinin oğludur. Mərhum qəflətən rəhmətə getmişdir. Mərhum dəfn və hüzr mərasimlərində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında bildirdi ki, ərizəçi onunla qonşuluqda yaşayır. Onun mərhum oğlu qəfldən dünyasını dəyişmişdir. Onu Astara rayonunda yerləşən qəbirstanlıqda dəfn etmişdirlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin qardaşı Araz Nadir oğlunun ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X* dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 0*.0*.*993-cü il təvəllüdlü Araz Nadir oğlunun atası Ərizəçi, anası isə X2r. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*3 “X*4” X*3inin 2*.08.2023-cü il tarixli məktubundan görünür ki, *7.**.2023-cü il tarixində saat 2*:44-də *0 saylı X*2 Stansiyası tərəfindən 0*.0*.*993-cü il təvəllüdlü XXX Araz Nadir oğlunun ölüm faktı qeydə alınmışdır. Xəzər rayon *0 saylı X*2 Stansiyası tərəfindən **/404 nömrəli sahə həkimi üçün xəbərdarlıq vərəqəsi verilən həkimə qədər ölüm qeydə alınmış, bununla bağlı yerli poliklinikaya vəfat etmişin yaxın qohumları tərəfindən müraciət edilmədiyindən onlara ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməmişdir. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2*.08.2023-cü il tarixli, 653 saylı arayışdan görünür ki, Araz Nadir oğlu *7.**.2023-cü il tarixdə vəfat etmiş və Şiyəkəran kənd qəbirsıtanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Araz Nadir oğlu ərizəçinin oğlu olmuşdur. *7.**.20*3-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Araz Nadir oğlunun *7.**.20*3-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 0*.0*.*993-cü il təvəllüdlü Araz Nadir oğlunun *7.**.20*3-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3209/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3209/2023
14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver