Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3213/2023 27.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixdə Maraqlı şəxs ilə aralarında bağlanmış “barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə Qaradağ rayonu İcra başçısının xx.xx.1993-ü il tarixli 1854 saylı sərəncamı əsasında Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tiintisi üçün ünvan 1 ünvanında qeydiyyatda olan X1 ayrılmış 600 kv.m torpaq sahəsinin 20 kv.m sahəsində tikinti işləri aparmaq üçün Bakı şəhəri 45 saylı Notariat kontorunun xx.xx.2016-cı il tarixli E-1621 nömrə ilə Maraqlı şəxs verilmiş etibarnamə ilə tikilmiş 2 mərtəbəli 3 otaq bir zal cəmi 4 otaqlı evin 2-ci mərtəbəsinin 3 otağında 3 uşaqla yaşamaqla həmin evə onun ailə üzvlərindən yaşadığı həmin mənzilə heç biri gəlib getməyəcək şərti ilə Maraqlı şəxs ailədə bir daha söz söhbət etməyəcəksə barışıq sazişi bağlamışlar. Maraqlı şəxs da eyni şərtlərlə barışmağa razılaşmışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icrasından qərəzli olaraq yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizədəki xüsusatları qeyd edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin evin sənədi yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə rədd edilməli və mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi (bundan sonra birinci tərəf) və Maraqlı şəxs (bundan sonra ikinci tərəf) arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış, mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, onlar aşağıda qeyd edilmiş barışıq şərtləri ilə razılığa gəlmişlər: “1-ci tərəf : X2. Qaradağ rayon İcra başcısının xx.xx.1993-cü il tarixli 1854 saylı sərəncamı əsasında Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ünvan 2 ünvanda qeydiyyatda olan X1 ayrılmış 600 kvm torpaq sahəsininin 200 kv .m. sahəsində tikinti işləri aparmaq ücün Bakı şəhər 45 saylı Notariat kontorunun xx.xx.2016-cı il tarixli E-1621 nömrəli ilə Maraqlı şəxs verilmiş etibarnamə ilə tikilmiş 2 mərtəbəli, 3 otaq bir zal cəmi 4 otaqlı evin 2ci mərtəbəsinin 3 otağında 3 uşaqla yaşamaqla həmin evə onun ailə üzvlərindən yaşadığı həmin mənzilə hec biri gəlib getməyəcək. Maraqlı şəxs ailədə bir daha söz söhbət etməyəcəksə barışır. 2-ci tərəf: Maraqlı şəxs. Qaradağ rayon İcra başcısının xx.xx.1993-cü il tarixli 1854 saylı sərəncamı əsasında Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi ücün ünvan 3 ünvanda qeydiyyatda olan X1 ayrılmış 600 kvm torpaq sahəsininin 200 kv .m sahəsinndə tikinti işləri aparmaq ücün Bakı şəhər 45 saylı Natoriat kontorunun xx.xx.2016-cı il tarixli E-1621 nömrəli ilə verilmiş etibarnaməsi ilə tikilmiş 2 mərtəbəli 3 otaq bir zal cəmi 4 otaqlı evin 2-ci mərtəbəsinin 3 otağında X2 və 3 uşaqla yaşamağına razı oldu. Ancaq onun ailə üzvüləri birgə yaşadıqları evə gəlməyəcəklərini bildirdi. O ailə və 3 uşaqla barışır. Bir daha ailə münaqişəsinə yol verməyəcəyək. Ailədə tam barışıq oldu.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1.barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1)Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Barışıq sazişi o halda təsdiq olunur ki, bu məhkəmə tərəfindən ağlabatan sayılsın və üçüncü şəxslərin hüquqlarını pozmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Hazırkı ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi qanunda göstərilən əsaslarla barışıq sazişinin icra olunmamasına görə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin hazırkı ərizədə göstərilən halların məhkəmə tərəfindən xüsusi icraat qaydasında barışıq sazişinin təsdiqlənməsi kimi baxılıb təmin edilməsi mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.1. maddəsindən görünür ki, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə hesab edir ki, hazırda qeyd olunan barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılması, mahiyyət etibarilə sənədi olmayan fərdi yaşayış evinə köçürülmə və ondan istifadə hüququnun verilməsi olacaqdır. Təsdiq olunmalı olan barışıq sazişində isə konkret hallar göstərilmədiyindən, saziş təsdiq olunarsa gələcəkdə icrası mümkünsüz olmaqla, həmçinin qanunvericiliyin tələblərinə zidd olacaqdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi rədd edilməli, tərəflər Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Ərizəçiyə izah edilməlidir ki, mübahisəli məsələ ilə bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Tərəflərə izah edilsin ki, hazırki halda barışıq sazişinin təsdiq edilməsindən imtina olunması ərizəçini gələcəkdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə mane olmur. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3213/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3213/2023
27.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver