Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3240/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, *95*-ci il təvəllüdlü atası X5 *3.05.*998-ci il tarixində Bakı şəhərində ölməsində dair faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X** *3.05.*998-ci il tarixdə uzun sürən xəstəlikdən sonra *7 yaşında Bakı şəhərində vəfat etmişdir. Atası **.07.*95*-ci il tarixdə Sabirabad rayonunun Yolçubəyli kəndində doğulmuşdur. Atası ölənə qədər onlarla bir ünvanda yaşamışdır. Həmçinin dəfn mərasimində qonşular və qohumlar iştirak etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, atası *3.05.*998-ci il tarixdə ölmüşdür. Həmin zaman o əsgərlikdə olmuşdur. Atası Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs*nə və Bakı şəhəri Maraqlı şəxs2nə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndələr məhkəmə iclasına gəlməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X9 ifadəsində bildirmişdir ki, o, ərizəçinin atası Əlinin dayısıdır. Belə ki, ərizəçinin atası X** onun bacısının oğludur. Əli, *3.05.*998-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Mərhum, Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Əlinin səhətində problemlər olmuş və son zamanlarda su yığılması səbəbindən qarın nahiyəsində şişkinliklər əmələ gəlmişdir. Ölən günü ona bildirilmiş, o da dərhal Əlinin yaşadığı ünvana gəlmiş və onun öldüyünün şahidi olmuşdur. Hazırda isə Əlinin ölüm haqqında şəhadətnaməsi olmadığından onun oğlu, yəni Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X2 ifadəsində bildirmişdir ki, o, mərhum X5 qardaşıdır. Əli, *3.05.*998-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Onun mədəsində problemlər var idi, son zamanlar da halı pisləşmişdir. Həmin günü o, Əli gildə olmuş və təcili yardım çağırmışlar. Lakin təcili yardım gələnə kimi Əli artıq ölmüşdür. Əli, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sabirabad rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş *5.08.2022-ci il tarixli arayışın surətindən görünür ki, X** **.07.*95*-ci il tarixdə Sabirabad rayonu Yolçubəyli kəndində doğulmuş, atası X3, anası isə X*r. İş materiallarında olan V-ЖГ seriyalı 286*53 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, xx.xx.*977-ci ildə Bakı şəhərində doğulmuş, atası X**, anası isə X*r. İş materiallarında olan A3 seriyalı 3*2825 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X** ilə X7 arasında *5.05.*973-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ərizəçinin atası X** *3.05.*998-ci ildə vəfat etmiş, Əhmədli qəsəbə qəbrstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyat şöbəsinə həkim arayışını təqdim edilmədiyi üçün ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsin ərizəçiyə ünvanladıqları 23.**.2022-ci il tarixli məktubundan görünür ki, atasının adına hər hansı bir tibbi sənədin olmaması bildirilmiş və bu səbəbdən atası X5 haqqında tibbi şəhadətnaməsinin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, **5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi atası X5 *3.05.*998-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə **.07.*95*-ci il tarixdə Sabirabad rayonu Yolçubəyli kəndində doğulmuş X5 *3.05.*998-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. **.07.*95*-ci il tarixdə Sabirabad rayonu Yolçubəyli kəndində doğulmuş X5 *3.05.*998-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3240/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3240/2022
29.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver