Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3250/2025 15.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nın 27 noyabr *99*-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X3 23 iyun *934-cü il tarixdə anadan olmuş, 27 noyabr *99*-ci il tarixdə vəfat etmişdir. X3 Binə qəbirsanlığında dəfn edilmişdir. Anası uzun müddət şəkər xəstəliyindən əziyyət çəkmiş, ölümü də bu xstəliklə əlaqədar olmuşdur. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və həmin şöbədən ona imtina verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Ərizəçi 0*.09.2025-ci il tarixində keçirilən məhkəmə iclasında ərizəyə dəqiqləşmə təqdim edərək, X3nın 27 noyabr *99*-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərarla ərizə icraata qəbul edilmişdir.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. O, izahatında həmçinin bildirmişdir ki, ölüm faktının təsdiq olunmasını istədiyi şəxs onun doğma anasıdır, bu fakt doğum haqqında şəhadətnamə ilə təsdiq olunur, anası şəkər xəstəsi olub, Bakı şəhərində, Binə qəsəbəsində yaşadığı evdə vəfat edib, vəfat etdiyi vaxtlar biraz qarışıq dövr olub, ona görə həmin dövrdə ölüm haqqında şəhadətnamə almayıb, indiyə qədər şəhadətnamənin zəruri olduğunu bilmədiyi üçün maraqlanmayıb, ancaq indi sənədlərini düzəltmək üçün dövlət orqanlarına müraciət etdikdə ölüm haqqında şəhadətnaməni istəyirlər, həmin şəhdatənaməni başqa yolla ala bilmədiyi üçün də məhkəməyə müraciət etməyə məcbur olub.
5. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmədə şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi onun bacısı oğlu, X2 da onun doğma bacısıdır. Bacısı, uzun müddət şəkər xəstəlikdən əziyyət çəkmiş və 27 noyabr *99*-ci ildə Binədə yaşadığı evdə vəfat etmişdir. Mərhum Bakıda Binə qəsəbə qəbiristanlığında dəfn edilmişdir, dəfndə və yas mərasimində iştirak etmişdir.
7. Məhkəmədə şahid qismində dindirilmiş X** izahatında bildirmişdir ki, o, uzun illərdir ərizəçi ilə qonşudur. X2 uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib və 27 noyabr *99*ci il tarixdə Binədə yaşadığı evdə vəfat etmişdir. Mərhum Binə qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
8. AZ № *23472 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (Эйбатова Гюландам Алифатдар) Ərizəçi anasıdır.
9. Vİİİ-ЖГ № 680472 seriya və nömərli Paportun surətindən görünür ki, X6 23 iyun *934-cü il tarixində Bakı şəhərində doğulmuşdur.
10. Bakı şəhəri Maraqlı şəxs 0* iyul 2025-ci il tarixli, 3-*6-5/8-*5-*0*7/2025 saylı məktubundan görünür ki, X5 qızının ölümü faktını təsdiq edən tibbi şəhadətnamə və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun ölüm faktının dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
11. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, 23.06.*934-cü ildə Bakı şəhərində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqəsədi ilə, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 0*.07.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqında akt qeydi aşkar olunmamışdır.
12. Qəbirüstü abidə daşının fotoşəklindən görünür ki, X6 23 iyun *934-cü il tarixdə doğulmuş və 27 noyabr *99*-ci il tarixdə vəfat etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
13. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
14. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır.
15. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
16. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının
18. *.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
19. *.6-cı bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 3*0.*-ci maddəsi).
20. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
21. 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
22. 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar ondan ibarətdir ki, Ərizəçi X3 (Эйбатова Гюлъандам Алифатдар кызы) 23 iyun *934-cü il tarixdə Bakı şəhərində doğulmuş, 27 noyabr *99*-ci il tarixdə Bakı şəhərində Binə qəsəbəsində yaşadığı evdə vəfat etmiş və Binə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından da Maraqlı şəxs tərəfindən X5 ölümünün dövlət qeydiyyatına alınması mümkün olmamış, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. (§ 8-*2)
25. Həmçinin məhkəmə araşdırılması zamanı tədqiq edilən və sübut qismində qiymətləndirilən şahid ifadələri ilə də X5 27.**.*99*-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Binə qəsəbə qəbirstanlığında dəfn olunması faktı öz təsdiqini tapmışdır. (§ 6-7)
26. Beləliklə məhkəmə araşdırması nəticəsində sübut edilmişdir ki, 23 iyun *934-cü il təvəllüdlü X6 27 noyabr *99*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin onun ölümü ilə bağlı sənədləşmə işləri lazımi qaydada aparılmamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsi tərəfindən X5 ölümünün dövlət qeydiyyatına alınması mümkün olmamış və nəticədə ərizəçiyə qızının ölümü haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. X* ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsi onun vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsindən asılıdır.
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 23 iyun *934-cü ildə Bakı şəhərində anadan olmuş X5 27 noyabr *99*-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. 23 iyun *934-cü il təvəllüdlü X5 27 noyabr *99*-ci il tarixində Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov