Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3251/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 24.06.*962-ci il təvəllüdlü X4 *4.03.2025-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, X6 ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, X9 onun atasıdır. X2 onkoloji xəstə olmuş, xəstəliyi məlum olduqdan təxminən 5-6 ay sonra, *4.03.2025-ci il tarixdə, günorta vaxtı Xəzər rayonu, Binə qəsəbəsi, X6 ev şəraitində vəfat etmişdir. Təcili tibbi yardım bir neçə dəfə çağırılmışdır. Lakin sonuncu dəfə atası öləndən sonra gəlmişdir. Ona görə də ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Mərhumu Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsin yerləşən qəbirsanlıqda dəfn etmişlər. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan XX-ЖГ seriyalı 386430 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 24 avqust *994-cü il tarixdə Naxçıvan MR, Sədərək rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *997-ci ilin dekabr ayının *7-ci günündə *50 nömrə ilə qeydə alınmış, ata qrafasında X9, ana qrafasında isə X5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *6.04.2025-ci il tarixli, 3-*6-5/8-*5-52*/2025 saylı Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan “Sədərək” Xeyriyyə Cəmiyyətinin 20.*0.2025-ci il tarixli məktubundan görünür ki, mərhum X9 Bakı şəhəri, Suraxanı qəsəbəsi, Türkan qəsəbəsində yerləşən “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, ərizəçi onun qohumudur, mərhum Ərizəçi atası olub. Mərhumun adı Məmməd idi. O, təxminən martaprel aylarında Binə qəsəbəsində yerləşən evində vəfat etmişdir. Mərhumu Türkan qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X* bildirmişdir ki, ərizəçi onun dostudur, mərhum adını bilmir, lakin onun bütün yas mərasimlərində iştirak etmişdir. Mərhumu Türkan qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn etmişdirlər. Beləliklə, məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin atası olmuşdur. *4.03.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun keçmiş arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi keçmiş ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış və araşdırılmış sənədlərə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum X2nun *4.03.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 ölməsi fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. 24.06.*962-ci il təvəllüdlü X4 *4.03.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3251/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3251/2025
21.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver