Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3252/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 30.*0.*980-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, X6 onun bacısıdır. X2 xx.xx.2025-ci il tarixdə, saat *0.00 radələrində Bakı şəhərində ev şəraitində vəfat etmişdir. Təcili tibbi yardım bir neçə dəfə çağırılmışdır. Lakin sonuncu dəfə bacısı öləndən sonra gəlmişdir. Ona görə də ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bacısı şəkər xəstəliyindən əziyyət çəkirdi və o, yataq xəstədi idi. Mərhumu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsin yerləşən qəbirsanlıqda dəfn etmişlər. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan XİV-ЖГ seriyalı 367649 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx *989-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *989-cu ilin mart ayının 09cu günündə *32 nömrə ilə qeydə alınmış, ata qrafasında X7, ana qrafasında isə X8 qeyd edilmişdir. İş materiallarında olan Xİİ-ЖГ seriyalı 352732 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X6 30 oktyabr *980-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *980-ci ilin noyabr ayının *4cü günündə 547 nömrə ilə qeydə alınmış, ata qrafasında X7, ana qrafasında isə X8 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-*6-5/8-*5/2025 saylı Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Mərdəkan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mərhum X* qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, ərizəçi onun qardaşıdır, mərhum Camalə Babayeva isə onun bacısıdır. Anasının ölümündən sonra X2 yataq xəstədi olmuşdur. X*2 xx.xx.2025-ci ildə, səhər saatlarında Mərdəkan qəsəbəsində yerləşən evdə vəfat etmişdir. Mərhumu Mərdəkan qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirmişdir ki, ərizəçi onun qardaşıdır, mərhum Camalə Babayeva isə onun bacısıdır. X*2 xx.xx.2025-ci ildə, səhər saatlarında Mərdəkan qəsəbəsində yerləşən evdə vəfat etmişdir. Mərhumu Mərdəkan qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn etmişdirlər. Beləliklə, məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X6 ərizəçinin bacısı olmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun keçmiş arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi keçmiş ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış və araşdırılmış sənədlərə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum X2nın xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. 30.*0.*980-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3252/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3252/2025
21.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver