Məhkəmə qərarları › İş №2(003)-3270/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3270/2021

25.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3270/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçinın ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası 1926-cı il təvəllüdlü Babayev Məzahir Baloğlan oğlunun 09 iyul 2018-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası Babayev Məzahir Baloğlan oğlu 1926-cı ilin yanvar ayında Bakı şəhərində doğulmuşdur. 09 iyul 2018-ci il tarixdə Bakı şəhərində yaşadığı fərdi yaşayış evində 92 yaşında ürək çatışmazlığından dünyasını dəyişmişdir. Həmin vaxt təcili tibbi yardıma zəng edilib, lakin təcili tibbi yardım gələndə artıq atası keçinmişdir. Vaxtında müraciət edə bilmədikləri üçün ölüm qeydiyyata alınmamışdır. Yaxın qohumlarının və qonşuların iştirakı ilə atasını Binə kənd qəbristanlığında dəfn etmişlər. Atasının ölüm faktını və dəfnini qəsəbə sakinləri məhkəmədə təsdiq edə bilər. Ölüm haqqında şəhadətnamə sənədləşdirmə işləri üçün lazımdır. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən, atası 1926-cı il təvəllüdlü Babayev Məzahir Baloğlan oğlunun 09 iyul 2018-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədn xahiş etmişdir. İş üzrə ərizəçi və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babayev Ramin Abazar oğlu məhkəməyə bildirmişdir ki, ərizəçi onun atası, mərhum isə babasıdır. O, babasını dəfndən bir neçə ay əvvəl görüb. Dəfn 09 iyul 2018-ci ildə olub. O, dəfndə iştirak edib. Babası digər oğlu Ədalət ilə yaşamışdır. Qohumları zəng edərək, mərhumun öldüyünü xəbər vermiş, onlar da gedib dəfn etmişlər. X1 məhkəməyə bildirmişdir ki, ərizəçi onun əmisinin oğludur. Mərhum Babayev Məzahir Baloğlan oğlu 1926-cı ildən idi, qocalıqda rəhmətə getdi. O, ifadəsində digər şahidin qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi atası Babayev Məzahir Baloğlan oğlu, anası X4r. Qeyd olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Babayev Məzahir Baloğlan oğlu Ərizəçi atasıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Arxivinin 21 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə doğum haqqında bərpa kitabında yanvar 1926-cı ildə doğulan Babayev Məzahir Balaoğlan oğlunun atası Balaoğlan Səfər oğlu, anası Hökümə Müzəffər qızıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına 20.01.1926-09.07.2018-ci illərdə yaşamış Babayev Məzahir Baloğlan oğluna aid qəbrin fotoşəkili əlavə edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs 14.07.2021-ci il tarixli 05/15-757 №-li məktubundan görünür ki, ərizəçinin atası Babayev Məzahir Baloğlan oğlunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, yanvar 1926-cı il təvəllüdlü Babayev Məzahir Baloğlan oğlunun 09 iyul 2018-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. yanvar 1926-cı il təvəllüdlü Babayev Məzahir Baloğlan (Balaoğlan) oğlunun 09 iyul 2018-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar