Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3294/2025 21.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edillməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İbazadə X3 Eldar Heydər oğlu maraqlı şəxs qismində cəlb edillməklə ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi alimentin artırılması tələbi ilə mediasiyaya müraciət etmiş və maraqlı şəxslə arasında xx.xx.2024-cü il tarixdə Barışıq Sazişi imzalanmışdır. Həmin Sazişin şərtlərinə əsasən Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat, ümumilikdə 470 manat məbləğində alimenti hər ayın 10-a qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin maraqlı şəxs alimenti ödəməmişdir. Ərizənin təmin olunmasını xahiş etmişdi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı işə iştirakı olmadan baxılmasını və ərizənin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan MŞB/2-0137/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, həmin barışıq sazişi Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) aşağıdakı şərtlərlə bağlanmışdır: Tərəflərin birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 10-a qədər Maraqlı şəxs Ərizəçi hər uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat aliment ödəyəcəyinə dair öhdəlik götürür. Aliment ödənişi Sazişi imzalandığı andan növbəti aydan başlayır. İkinci tərəf aliment ödənişi Birinci tərəfin **********321780 nömrəli kartına (Kapital Bank ASC) köçürür. Kartın müddəti bitdiyi təqdirdə Birinci tərəf yeni kart məlumatlarını İkinci tərəfə elektron daşıyıcı vasitələrlə və ya kağız daşıyıcıda təqdim edir. Növbəti illərdə uşaqlar üçün yaşayış minimumu qaldırıldığı təqdirdə İkinci tərəf artan fərqin ödənilməsini qəbul edir. Tərəflər Saziş imzalandığı tarixə qədər rəsmi tutulan alimentə görə İkinci tərəfin borcunun olmamasını qəbul edirlər. Tərəflər uşaqların təhsil, əyləncə, geyim, qida, sağlamlıq, idman xərclərinin qarşılanmasında birgə qərar qəbul edir. Tərəflər Azərbaycan Respublikası Ailə Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarından uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla istifadə edilməsini qəbul edirlər. Tərəflər uşaqlarla bağlı münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurulmasını, uşaqların rifahı üçün birgə fəaliyyətin göstərilməsini, uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılmasını və onların təhsilinin, sağlamlığının qayğısına qalmasını qəbul edirlər. Tərəflər valideynlik hüquqlarını həyata keçirdikləri zamanı uşaqların mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirmirlər. Tərəflər valideynlik hüquqlarını həyata keçirərkən uşağın hüquq və mənafelərinə ziyan vurarlarsa qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmədə müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində birgə nikahdan anadan olan X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 10-a qədər Maraqlı şəxs Ərizəçi hər uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/2-0137/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-235 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə bağlanmış MŞB/2-0137/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin:
1. Tərəflərin birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 10-a qədər Maraqlı şəxs Ərizəçi hər uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat aliment ödəyəcəyinə dair öhdəlik götürür.
2. Aliment ödənişi Sazişi imzalandığı andan növbəti aydan başlayır.
3. İkinci tərəf aliment ödənişi Birinci tərəfin **********321780 nömrəli kartına (Kapital Bank ASC) köçürür.
4. Kartın müddəti bitdiyi təqdirdə Birinci tərəf yeni kart məlumatlarını İkinci tərəfə elektron daşıyıcı vasitələrlə və ya kağız daşıyıcıda təqdim edir.
5. Növbəti illərdə uşaqlar üçün yaşayış minimumu qaldırıldığı təqdirdə İkinci tərəf artan fərqin ödənilməsini qəbul edir.
6. Tərəflər Saziş imzalandığı tarixə qədər rəsmi tutulan alimentə görə İkinci tərəfin borcunun olmamasını qəbul edirlər.
7. Tərəflər uşaqların təhsil, əyləncə, geyim, qida, sağlamlıq, idman xərclərinin qarşılanmasında birgə qərar qəbul edir.
8. Tərəflər Azərbaycan Respublikası Ailə Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarından uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla istifadə edilməsini qəbul edirlər.
9. Tərəflər uşaqlarla bağlı münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurulmasını, uşaqların rifahı üçün birgə fəaliyyətin göstərilməsini, uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılmasını və onların təhsilinin, sağlamlığının qayğısına qalmasını qəbul edirlər.
10. Tərəflər valideynlik hüquqlarını həyata keçirdikləri zamanı uşaqların mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirmirlər.
11. Tərəflər valideynlik hüquqlarını həyata keçirərkən uşağın hüquq və mənafelərinə ziyan vurarlarsa qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Əkrəm Qəhrəmanov