Məhkəmə qərarları › İş №2(003)-3299/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-3299/2021

19.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3299/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus qızıl-zinət əşyalarının və ya bunun müqabilində ayrı-ayrı vaxtlarda razılığa gəldikləri pulun qalan hissəsinin, yəni 2644 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nəvələrinin maddi ehtiyaclarına kömək etmək məqsədilə ona məxsus olan qızıl-zinət əşyalarını satmaq qərarına gəlib. Bu barədə ünsiyyətdə olduğu yaxın tanışlarına, o cümlədən yaxın tanışı Gülnarə Paşayevaya məlumat vermişdir. 2019-ci ilin noyabrın əvvəlində yaxın tanışı Gülnarə Paşayeva dayısı oğlu Nicat kimi təqdim etdiyi Cavabdeh ilə birlikdə faktiki yaşadığı ünvan 1 ünvanda yerləşən evinə gəlib. Cavabdeh ona məxsus qızıl-zinət əşyalarından qızıl zəncir (sep) - 9,96 qram, bilərzik - 3,60 qram, sırğa - 6,27 qram, balaca uşaq sırğası - 1,96 qram - cəmi 1851 manat dəyərində müxtəlif qızıl əşyalar götürdü (1 qram qızılın qiyməti 85 manatdan hesablanıb). Cavabdeh (özünü həmişə Nicat kimi təqdim edirdi) Gülnarə Paşayevanın yanında ona söz verdi ki, qızıl-zinət əşyalarını nisyə götürdüyü gündən hesablayıb növbəti aydan başlayaraq hər ay davamlı olaraq 200 AZN qaytaracaqdır. Etibarını qazanmaq üçün Cavabdeh (özünü həmişə Nicat kimi təqdim edirdi) söz verdiyi kimi, birinci ay, yəni 2019-cu ilin dekabr ayının 13-də onun evinə gələrək 200 manat ona ödəyib, 2020-ci ilin martında isə Cavabdeh yenidən evinə gedərək əvvəlki iki ay da daxil olmaqla ona olan borcundan 600 manat ödədi və bu zaman Cavabdeh aralarında yaranmış inam və etibardan istifadə edərək 2020-ci ilin martında yenidən ondan 1793 manat dəyərində qızıl əşyalar götürüb və söz verib ki, hər ay 200 manat pul ödəyəcək. Uzun və gərgin müzakirə və mübahislərdən sonra Cavabdeh 2020-ci ilin noyabrında 100 AZN, eləcə də 2021-ci ilin 18 yanvar tarixində 100 AZN pulu qızı Mələk Axundovanın adına olan Unibank kartına yükləmişdir. Lakin o vaxtdan indiyə kimi Cavabdeh ona borclu olan pulların qalan hissəsini qaytarmır və hər gün onu aldadır, ona zəng edəndə deyir ki, sabah evlərinə gəlib pulu qaytaracaq, amma nə evinə gəlir, nə də pullarını və ya qızıllarını qaytarır. Çox zaman telefonda onu hədələyir. Onunla vatsapp vasitəsilə apardığı telefon danışıqlarının audio yazısı telefonumun yaddaşında qeyd edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 2644 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə bildirişini qəbul etməkdən imtina etmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin 28.05.21-ci il tarixli arayışının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir, müraciətinin mülki xarakterli olduğu üçün aidiyyaı üzrə məhkəmə orqanlarına müraciət etməli olduğu bildirilmişdir. Həmin arayışda həmçinin göstərilmişdir ki, polis idarəsində izahatı alınmış Cavabdeh şikayətə səbəb olan faktı təsdiq etməklə aldığı malın bir hissəsinin ödənişini etdiyini, qalan hissəsini isə maddi vəziyyətinə mütənasib olaraq ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehdən ödənilməmiş 2644 manat pul alınmaqla iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2644 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar