Məhkəmə qərarları › İş №2(003)-3310/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3310/2022

25.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3310/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxs) məhkəməyə ərizə ilə müraciət edərək *3.02.*938-ci il təvəllüdlü əri X6 2*.*2.2005-ci il tarixdə Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, *9.*2.*99*-ci il tarixdən rəsmi nikahda olduğu *3.02.*938-ci il təvəllüdlü mərhum əri X8 2*.*2.2005-ci il tarixdə ailəlikcə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, X** nömrəsiz fərdi yaşayış evində vəfat etmişdir. Mərhum uzun müddət idi ki, serrozdan əziyət çəkirdi. 2003-2004-cü illərdə yataq xəstəsi kimi ev şəraitində həkim tərəfindən müalicə almışdır. Mərhum 2*.*2.2005-ci ildə evdə olarkən birdən səhətti ağırlaşdı. “*03” TTY xidmətinə zəng vurdular, hadisə yerinə gələn tibb işçiləri bildirdilər ki, artıq X8 vəfat etmişdir. Lakin həmin vaxt həyəcan və təlaşdan tibb işçiləri tərəfindən veriliş ölüm haqqında xəbərdarlıq vərəqəsi itmişdir. Mərhum əri X8 Bakı şəhəri, Xəzər rayonu, X** nömrəsiz fərdi yaşayış evində vəfat etmişdir. Mərhumun vəfatından sonra başı yas mərasiminə qarışdı. Mərhumu Binə qəsəbəsi, Hövsan südçülülk sovxozunda yerləşən qəbiristanlıqda dəfn etmişlər. Onu da qeyd etmək istəyir ki, mərhum həyat yoldaşı və ərizəçi *992-ci ildən Azərbaycan Respublikasında yaşamışlar. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra da burada yaşamağa davam etmişdir. *992-ci ildən bu günə kimi Bakı şəhəri, Xəzər rayonu, X** nömrəsiz fərdi yaşayış evində yaşayır. Sonradan ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, Bakı şəhəri Maraqlı şəxs *0.09.2022-ci il tarixli, 05/*5 — *208 saylı məktubu ilə cavab olaraq bildirmişdir ki, “Sizin 2*.*2.2005-ci il tarixdə rəhmətə gedən əri X8 üçün ölüm haqqında şəhadətnamə almaq üçün müraciətə baxılmışdır. Bildiririk ki, AR NK 3*.*0.2003cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “X2 qeydiyyatı qaydasının” 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X6 adına tərtib edilmiş ölüm haqqında şəhadətnamə olmadığı üçün ərizəsi təmin edilə bilməz.” Məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Hal-hazırda mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3 maddəsini rəhbər tutaraq, ərizəsini qəbul edib mahiyyəti üzrə baxılmasını və mərhum həyat yoldaşı X8 2*.*2.2005-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Daha sonra ərizəçi dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, *3.02.*938-ci il təvəllüdlü əri X6 2*.*2.2005-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında bildirdi ki, o, ərizəçinin qonşusudur. Bir-birinin evinə gedib-gəliblər. Mərhum son zamanlar xəstə idi. Mərhum xəstə olanda həm evində, həm də xəstəxanada onu ziyarət ediblər. X*2 Binə qəsəbəsində olan evində rəhmətə gedib. Mərhumun yas mərasimində iştirak edib. Mərhum Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilən X* izahatında bildirdi ki, o, ərizəçinin qonşusudur. Mərhumun xəstə olduğunu və qış aylarında evdə öldüyünü bildirdi. Yas mərasimində iştirak edib. Mərhum Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 *9.*2.*99*-ci ildə rəsmi nikaha daxil olmuşlar, ərə Yusubov, arvada Yusubova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 05/*5-*208 saylı *0.09.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin əri X6 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2654 saylı *2.09.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X7 qeydiyyatsız yaşayır və əri X8 2*.*2.2005-ci il tarixdə vəfat edib və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X7 qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş *3.09.2022-ci il tarixli *5*5-27 saylı arayışdan görünür ki, 04.08.*960-cu il təvəllüdlü, Gürcüstan vətəndaşı lusubova Zarnıshan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən aşağıda qeyd olunan tarixldə və ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır: *3.02.2020-cı il tarixindən — *3.05.2020-cı il tarixinədək (Bakı şəhəri, Xəzər rayonu,Binə qəsəbəsi,Südçülük sovxozu), Gürcüstan vətəndaşı lusubova Zarnıshanın ölkə ərazisində müvəqqəti olma müddəti *3 iyun 2020-ci il tarixdən (60 gün müddətinə) uzadılmış, bu müddət bitdikdən sonra o yeni koronavirus (COVİD-*9) pandemiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət səbəbindən ölkə ərazisini tərk edə bilməmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin əri olmuşdur. 2*.*2.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X8 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X7 yerləşən qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri X6 2*.*2.2005-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *3.02.*938-ci il təvəllüdlü X6 2*.*2.2005-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhməiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar