Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3323/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, əri, X4 09.08.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 30.06.*989-cu il tarixdə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından üç uşaqları olmuşdur. Əri 25.05.*966-cı ildə Bakı şəhərində doğulmuş və 09.08.202*-ci il tarixdə 56 yaşında evdə olarkən hidrafona gələn elektrik xəttini bərpa etmək istədiyi zaman elektrik cəryanı onu vurmuş və nəticədə o, ölmüşdür. Əri öldükdən sonra onu qohum və qonşuların iştirakı ilə Bakı şəhəri Türkan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Hal-hazırda ərinin ölüm haqqında şəhadətnaməsi ona yardım almaqdan ötrü lazımdır. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, X9 onun əri olmuşdur. Əri, 09.08.202*-ci il tarixdə evdə olan hidrofonu düzəltmək istədiyi zaman hidrofona gələn elektrik xəttindən elektrik cərəyanı onu vurmuş və nəticədə əri ölmüşdür. Hadisədən sonra ərinin ölümü ilə bağlı morqda araşdırma aparılan zaman ərinin meyitinin yarılmasına etiraz etdiklərindən onun ölümü ilə bağlı müvafiq arayışın verilməsi mümkün olmamışdır. Hazırda isə sosial yardım almaq üçün sənədlər hazırlayır və ərinin ölümü ilə bağlı şəhadətnamə bunun üçün ona lazımdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşı oğludur. Bibisinin əri X6 09.08.202*-ci il tarixdə yaşadığı evdə tok vurmuş və bu səbəbdən ölmüşdür. Belə ki, hamamları üçün istifadə etdikləri hidrofon xarab olmuş və X9 hidrofonu düzəltmək istəmişdir. Həmin zamanda hidrofona gedən elektrik xəttində olan cərəyan onu vurmuşdur. Onun ölümü ilə bağlı isə araşdırma aparılan zaman meyitin yarılmasına imtina etdiklərindən onun ölümü ilə bağlı müvafiq arayışın verilməsindən imtina edilmişdir. Hazırda isə bibisi sosial yardım almaq üçün sənədlər hazırlayır. Ona görə də ərinin ölüm haqqında şəhadətnaməsi ona lazımdır. O, yaxın qohum kimi, bibisinin ərinin dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhum, X* qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X*2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin onun xalasıdır. Xalasının əri X6 09.08.202*-ci il tarixdə yaşadığı evdə tok vurmuş və bu səbəbdən ölmüşdür. Xalasının əri Türkan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. O da yaxın qohum kimi dəfn və yas mərasimlərində iştirak etmişdir. Xalasına ərinin ölüm haqqında şəhadətnaməsi sosial yardım almaq üçün lazımdır. Həmin şəhadətnaməni məhkəmədən kənar qaydada əldə edə bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AЗ seriyalı **672** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 25.05.*966-cı il tarixdə Bakı şəhərinin Türkan qəsəbəsində doğulmuş, atası X7, anası isə X**r. İş materiallarında olan 592 nömrəli 06.06.20*5-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 ilə X2 nikahı 30.06.*989-cu il tarixdə 450 nömrəli akt qeydi ilə tərtib olunmuş, nikah bağlandıqdan sonra aravada “Ələskərova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhər Xəzər rayonu Türkan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ərizəçinin mərhum əri X9 öldüyü günə, 09.08.202*-ci il tarixinə qədər Türkan qəsəbəsi M.Maqomayev küçəsi 9 saylı evdə yaşamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında *7.08.202*-ci il tarixli qərarın surətindən görünür ki, Xəzər rayon prokurorunun köməkçisi İ dərəcəli hüquqşunas Həsən Əliyev tərəfindən X4 ölməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış C-35*/2* saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X3, X*5, X*3, X*9 ərizə ilə müraciət edərək X4 öz ehtiyatsızlığı ucbatından elektrik cərəyanı vurması nəticəsində vəfat etməsi və onun ölümü ilə bağlı heç kimdən şikayət və tələbinin olmadığı üçün meyitinin məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilməsindən etirazlarını olmadığını bildirmişlər. Bununla da, X4 ölməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *6.09.2022-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi əri X4 09.08.202*-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 25.05.*966-cı il tarixdə Bakı şəhərində doğulmuş X4 09.08.202*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25.05.*966-cı il tarixdə Bakı şəhərində doğulmuş X4 09.08.202*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3323/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3323/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver