Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3325/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X* iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 0*.05.*984-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 xx.xx.2024-cü il tarixdə vəfat edib. Qardaşının sağ ayağı amputasiya olunmuşdur. Sol aşağı ətrafı isə səthi və dərin bud arteriyalarının budun aşağı */3 də kəskin trombozu və okkulyuziyasından əziyyət çəkirdi. Getdikcə xəstəliyi daha da şiddətlənmiş və irinləmişdir. Həmin xəstəlikdən də ölüb. Təcili yardım çağırmışlar, lakin onlar gələnə qədər artıq vəfat etmişdir. Qanunla müəyyən olunmuş müddəti ötürdüyündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X2 ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmədə şahid qismində X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Mərhumun bibisi ilə yaşadığını və qısa müddət əvvəl vəfat etdiyini bildirdi. Ölüm xəbərini aldıqda onlara gedib, mərhumun yanında bibisi və qonşuları var idi. Məhkəmədə şahid qismində X*2 ifadəsində göstərmişdir ki, mərhum onun qonşusu idi. Vladimirin iyul ayında vəfat etdiyini bildirdi. Kayumov Vladimirin bir ayağının amputasiya edildiyi ona məlum idi. Mərhumun son vaxtlar ağrıları çox olurdu, halı pisləşirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*0 0*.05.*984cü il təvəllüdlüdür, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin *4.06.2024-cü il tarixli müraciət vərəqəsindən görünür ki, X9 2-ci dərəcəli müddətsiz əlil idi. İş materiallarında olan Azərbaycan Tibb Universitinin X6 tərəfindən verilmiş epikrizin sürətindən görünür ki, X9 sol ayağının qanqreanası diaqnozu ilə yanaşı Sol aşağı ətrafı isə səthi və dərin bud arteriyalarının budun aşağı */3 də kəskin trombozu və okkulyuziyasından əziyyət çəkirdi. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X*4 Bakı Baş Səhiyyə Mərkəzi X*4 4 nömrəli Birləşmiş şəhər xəstəxanasının *0.07.2024-cü il tarixli, 287 saylı məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozu ünvanında yaşamış 0*.05.*984-cü il təvəllüdlü X9 xx.xx.2024cü il tarixdə X*3 Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxsin ölüm səbəbi naməlum olduğu üçün 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası TQS №*06 verilməsindən imtina edilmişdir. İş materiallarında olan Təcili və X7 Stansiyasının (BŞT və TTTYS) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 həkiməqədər ölümü baş vermişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Yeni-Suraxanı Bələdiyyəsi tərəfindən verilmiş *5.07.2024-cü il tarixli, 2*8 saylı arayışdan görünür ki, həqiqətən də Ərizəçi qardaşı- mərhum X9 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Yeni Suraxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs X4 ünvanlanmış *0.07.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum qardaşı X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 0*.05.*984-cü il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3325/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3325/2024
17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver