Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3337/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 02 noyabr *996-cı ildə Bakı şəhərində anadan olmuş oğlu Abdullazadə Həmid Eldar oğlunun 24 iyul 2025-ci il tarixində Bakı şəhərində vəfat etmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Abdullayeva X* Həmid Eldar oğlu 02.**.*996-cı ildə Bakı şəhərində anadan olmuş, xx.xx.2025-ci il tarixində Xəzər rayonu Şüvəlan qəsəbəsində evdə ölmüşdür. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubuna əsasən Ölüm şəhadətnaməsinin verilməsindən imtina edilərək Məhkəməyə müraciət olunması qeyd edilmişdir. X7 Eldar oğlu Qala qəbrəstanlığında dəfn edilmişdir. Abdullazadə Həmid Eldar oğlu anası ilə bir ünvanda yaşamış, ailə qurmamış, anasının himayəsində olmuş və qəyyumu anası təyin edilmişdir. Abdullazadə Həmid Eldar oğlunun ölüm faktının müəyyən edilməsi ərizəçiyə yaranmış məişət problemlərinin həlli üçün vacibdir.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və tələbini müdafiə edərək, onun təmin olunması xahiş etmişdir. O, izahatında əlavə olaraq, vəfat etmiş şəxs Abdullazadə Həmid Eldar oğlunun onun oğlu olduğunu, oğlunun autizmli olduğunu, tez-tez onda sudurqaların olduğunu, korona virusu yayılan zaman oğlunun da bu virusa yoluxduğunu, həmin yoluxmadan sonra onun sağlamlıq vəziyyətinin ağırlaşdığını, vəfat etdiyi gün təcili yardım çağrıldığını, lakin təcili yardım avtomobilinin əri vəfat etdikdən sonra yaşadıqları ünvana çatdığını, mərhumun Qala ərazisində yerləşən qəbirstanlıqda dəfn edildiyini qeyd etmişdir.
4. Məhkəmədə şahid qismində dindirilmiş X3 izahatında mərhumun Abdullazadə Həmid Eldar oğlunun xx.xx.2025-ci il tarixində axşam saatlarında yaşaıdığı evdə vəfat etdiyini, halı pisləşdiyi zaman təcili tibbi yardıma özünün zəng etdiyini, eyni gündə özünün anasının da vəfat etdiyini, vəfat etdiyi gün təcili tibbi yardım maşınının gec gəldiyini, yalnız onun vəfatında sonra yaşadığı ünvana çatdığını, Abdullazadə Həmid Eldar oğlunun Qala ərazisində yerləşən qəbirstanlıqda dəfn olduğunu bildirmişdir.
5. Məhkəmədə şahid qismində dindirilmiş X4 izahatında mərhumun baxıcısı olduğunu, koronadan sonra Abdullazadə Həmid Eldar oğlunun sağlamlıq vəziyyətinin yaxşı olmadığını, onun xx.xx.2025-ci il tarixində axşam saatlarında yaşadığı evdə vəfat etdiyini, vəfat etdiyi gün təcili tibbi yardım maşınının mərhumun vəfatında sonra onun yaşadığı ünvana gəldiyini, mərhumun Qala ərazisində yerləşən qəbirstanlıqda dəfn olduğunu qeyd etmişdir.
6. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. AZ-İ seriyalı 080*9* saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, Abdullazadə Həmid Eldar oğlu 02 noyabr *996-cı il tarixdə anadan olmuş, atası Abdullazadə Eldar, anası X2r.
8. *2*885 nömrəli vəsiqədən görünür ki, Abdullazadə Həmid Eldar oğlu İ (birinci) qrup əlildir.
9. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 27.**.2025-ci il tarixli, 237 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 20/*80, mənzil *00 ünvanında yaşayan vətəndaş Ərizəçi fəaliyyət qabiliyyəti olmayan oğlu Abdullazadə Həmid Eldar oğlu üzərində qəyyum təyin edilməsi qərara alınmışdır.
10. Respublika Təcili və X5 Mərkəzi PHŞ-nin “Ölüm haqqında xəbərdarlıq vərəqsi”ndən görünür ki, çağırışın tarixi xx.xx.2025-ci il, xəstənin yanına gəlmə vaxtı *2:*5, ünvan Xəzər rayonu, Şüvəlan qəsəbəsi, xəstənin S.A.A. Abdullazadə Həmid Eldar oğlu, yaşı 28, Həkimə qədər ölüm, kişi cinsli meyid.
11. “Bakı Baş Səhiyyə Mərkəzi” X** 45 nömrəli şəhər Polikilinikasınln xx.xx.2025-ci il tarixli *8-*-*-*00/2-308/2025 məktubundan görünür ki, 02.**.*996-cı il təvəllüdlü Abdullazadə Həmid Eldar oğlu xx.xx.2025-ci il tarixində evində ölmüşdür. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölüm səbəbi məlum olmadığından ona həkim tərəfindən №AZS- *06 verilməsindən imtina edilmişdir.
12. Bakı şəhəri Şüvəlan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, *44 nömrəli arayışından görünür ki, Abdullazadə Həmid Eldar oğlu xx.xx.2025-ci il tarixində vəfat etmiş və mərhum Qala qəbirstanlığında dəfn olunmuşdur.
13. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-*6-5/8-*5-320/2025 saylı məktubundan görünür ki, Abdullazadə Həmid Eldar oğlunun ölümü faktını təsdiq edən tibbi şəhadətnamə və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun ölüm faktının dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
14. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır.
15. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
16. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının
18. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
19. 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
20. 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar ondan ibarətdir ki, Ərizəçi oğlu 02 noyabr *996-cı il təvəllüdlü Abdullazadə Həmid Eldar oğlu 24 iyul 2025-ci il tarixdə Bakı şəhərində Şüvəlan qəsəbəsində yaşadığı evdə vəfat etmiş və Qala qəbirstanlığında dəfn olunmuşdur. Lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından Maraqlı şəxs tərəfindən Abdullazadə Həmid Eldar oğlunun ölümünün qeydiyyata alınması mümkün olmamış, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırılması zamanı tədqiq edilən və sübut qismində qiymətləndirilən şahid ifadələri ilə də 02 noyabr *996-cı il təvəllüdlü Abdullazadə Həmid Eldar oğlunun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Qala qəbirstanlığında dəfn olunması faktı öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə araşdırması nəticəsində 02 noyabr *996-cı il tarixində Bakı şəhərində doğulmuş Abdullazadə Həmid Eldar oğlunun 24 iyul 2025-ci il il tarixdə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirilmişdir.
23. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 02.**.*996-cı il tarixində Bakı şəhərində doğulmuş Abdullazadə Həmid Eldar oğlunun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. 02.**.*996-cı il tarixində Bakı şəhərində doğulmuş Abdullazadə Həmid Eldar oğlunun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov