Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3339/2025 21.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı «Asan Xidmət» Mərkəzi Qeydiyyat şöbəsi göstərməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı «Asan Xidmət» Mərkəzi Qeydiyyat şöbəsini göstərməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ya işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Maraqlı şəxs məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş lakin ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etdi. Məhkəmə, cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25*.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 25*.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçıməhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” qərarının 5-ci maddəsinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişirlik edilərək Azərbaycan Respublikası MPM-nin 25*.0.1 - 25*.0.10, 25*.0.12 və 25*.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş ərizəçi məhkəmənin birinci çağırışına gəlmədiyindən, cavabdehin nümayəndəsi isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 25*-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı «Asan Xidmət» Mərkəzi Qeydiyyat şöbəsini göstərməklə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3339/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3339/2025
21.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver