Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3355/2020 11.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakıilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda yuxarıda qeyd edilən ünvanda öz ailə üzvüləri ilə birlikdə yaşayır. Mərhum anası X3 xx.xx.1943-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum anası X3 «diales» xəstəliyindən əzab çəkdiyindlən xx.xx.2019-cü il tarixdə 76 yaşında evdə olaraq qəfil vəfat etmişdir. Anası vəfat etdiyi zaman evdə baş qarışıq olduğundan və qanunları ailə üvüləri lazımi qədər bilmədiyimdən evə həkim gələnə kimi onun mərhum anası artıq vəfat etmişdir. Anası vəfat etdikdən sonra onu qohum və qonşuların iştirakı ilə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən qəbirstanlığında dəfn ediblər. Hal-hazırda onun mərhum anasının ölüm haqqında şəhadətnaməsi sənədləşdirilmə ilə bağlı ona lazımdır. O, bu barədə Maraqlı şəxsnə müraciət etdim lakin orada onlar ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərə onun təmin olunmasını xahiş etdi və ərizənin məzmuna uyğun izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işmateriallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X4, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri təcili və Təxirəsalınmaz tibbi yardım stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə Mərdəkan qəsəbəsi, 130 saylı bağ evində qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olanBakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/15-948 saylı məktubundan görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün, ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Respublika Diaqnostika Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 875 saylı arayışdan görünür ki, 1943-cü il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Beyin arteriyalarının trombozu nəticəsində törənən beyin infarktı” diaqnozu ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də reanimasiya şöbəsində müalicə alır. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi ilə ailəvi dostdurlar. Ərizəçinin anasını 5-6 ildir tanıyır. O, 2019-cu ilin noyabr ayında ölmüşdür. O, uzun müddət böyrək xəstəliyindən əziyyət çəkmiş və buna görə ölmüşdür. Pirşağı qəsəbəsində dəfn edilmiş yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə ailəvi dostdur. Ərizəçinin anası ilə 2013-cü il tarixdən tanımışdır. O, 2019-cu ilin noyabr ayında ölmüşdür. Bu barədə ona Mətanət məlumat vermişdir və həmin vaxt onlara getmiş, orada qalmışdrı. Səhərə yaxın isə anası ölmüşdür. O, Pirşağı qəsəbəsində dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi oğlu X1 xx.xx.2019-cu il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1943-cü il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1943-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3355/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3355/2020
11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver