Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3358/2023 25.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 28.05.20*0-cu ildə Bakı şəhərində andan olmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 28.05.20*0-cu il təvəllüdlü övladı X6 xx.xx.2023cü il tarixdə vəfat etmiş və Zirə qəsəbəsi Südçülük-tərəvəzçilik sovxozu qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs *6 avqust 2023-cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənəd olmadığına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Zirə Sağlamlıq Mərkəzinin 28 avqust 2023-cü il tarixli arayışından görünür ki, 28.05.20*0-cu il təvəllüdlü övladı X6 xəstəlik səbəbindən vəfat etmədiyinə görə tibbi şəhadətnamə verilmir. Təcili və TTYS-nın 02 avqust 2023-cü ** tarixli arayışından görünür ki, həkimə qədər suda boğulma, dənizdə batma səbəbindən ölüm baş vermişdir. Zirə bələdiyyəsinin *7 avqust 2023-cü il tarixli arayışından görünür ki, övladı xx.xx.2023-cü ildə vəfat etmiş və Zirədə dəfn edilmişdir. Beləliklə, ölüm haqqında şəhadətnaməsinin alınmasından ötrü onun ölüm faktı müəyyən edilməlidir. Həmin sənədi başqa cür ala bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izhatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə dörd uşağı ilə birlikdə Zirə qəsəbəsində yerləşən çimərliyə getmişdir. Balaca uşaqlar onun yanında çinmişlər, X6 isə onlardan ayrılmış, bir müddətdən sonra onu görməmişdir. Dənizdə olan şəxslərdən uşağın getdiyi istiqamətdə baxmalarını xahiş etmişdir. Həmin şəxslər uşağı dənizdən çıxarmışlar. Orada olan şəxslər uşağı ayıltmağa çalışmışlar lakin alınamış, uşağı ölmüşdür. Sonra isə ilkin cəsədinin müayinə edilməsi üçün aparılmasına imkan verməmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X* ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Onlar üç bacı, uşaqları ilə xx.xx.2023-cü il tarixdə birlikdə çimərliyi getmişlər. Onlar kiçik uşaqlarının yanında olmuşlar. X6 onlardan aralıda tək çimmişdir. Hadisə təxminən saat 02:00 radələrində baş vermişdir. Bacısı bildirmişdir ki, uşaq yoxdur. Bu zaman uşağı axtarmağa başlamışlar, o isə sahilə çıxaraq Fövqəladə Hallar Nazirliyinə zəng vurmuşdur. Orada olan rus milliyətinə oxşar kişi uşağı tapıb sudan çıxarmışdır. Uşaq təxminən *5 dəqiqə sonra tapılmışdır. Təcili yardım isə gec gəlmişdir. Təcili yardım gələnə kim uşaq artıq ölmüşdür. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X3 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. xx.xx.2023-cü il tarixdə bacısı, onun uşaqları, öz uşaqları ilə birlikdə dənizə çimərliyə getmişlər. Dənizdə ilkin onlardan xeyli aralı məsafədə üzmüşdür. Bir müddətdən sonra onu İlkin itmişdir. İlkin itdikdən sonra o, kiçik uşaqları götürüb sahilə çıxmışdır. Təxminən *5 dəqiqə sonra isə İlkini tapıb sudan çıxarmışlar. Təcili yardım isə gələndə isə artıq ölmüşdür. İlkin cəsədini isə müayinə edilməsi üçün aparılmasına bacısı icazə verməmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - AZ-İİ 709323 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünü ki, X6, 28.05.20*0-cu ildə Bakı şəhərində doğulmuş, atası X5, anası isə Ərizəçidır. - Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə çağırış əsasında Dübəndi-Qışlaq yolu, Cənub Terminaldan solda, torpaq yolunda, həkimə qədər ölüm, kişi cinsli meyit olduğu müəyyən edilmişdir. Bakı Baş Səhiyyə Mərkəzi Publik hüquqi şəxsin “Zirə Sağlamlıq mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 28.05.20*0-cu il təvəllüdlü X6 xəstəlik səbəbindən vəfat etmədiyinə görə ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *6.08.2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, oğlu- X2 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi oğlu - X2 xx.xx.2023-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun həmin tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 28.05.20*0-cu ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28.05.20*0-cu ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3358/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3358/2023
25.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver