Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3359/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək *0.06.*958-ci il təvəllüdlü atası X3 25.*0.20*6-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X9 *0.06.*958-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuşdur. Eyni zamanda bildirir ki, atası bir müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Məhz bu səbəbdən atası 25.*0.20*6-cı il tarixində Bakı şəhərində vəfat etmişdir. Sonradan atasının ölüm şəhadətnaməsini almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs 3-*6-5/8-*5-Ə-*05*/2023 saylı *8.07.2023-cü il tarixli cavab məktubu ilə bildirmişdir ki, şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyimdən ölüm barədə akt qeydini tərtib etmək qeyri mümkündür. Əlavə olaraq yazılı olaraq bildirilmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət edilməsi məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən, atasının ölümünü təsdiq edən tibbi şəhadətnaməni almaq üçün ərazi üzrə 23 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş. Lakin qeyd edilən tibb müəssisəsi 373 saylı xx.xx.2023-cü il tarixli cavabla bildirmişdir ki, xəstə poliklinikaya müraciət etmədiyindən şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnaməni vermək mümkün deyil. Məhz bu səbəbdən atası - X3 25.*0.20*6-cı il tarixində vəfat etməsi faktının müəyyən edilməsi zəriridir. Eyni zamanda bildirir ki X3 25.*0.20*6-cı il tarixində Bakı şəhərində vəfat etməsi faktı ona miras vərəsəlik məsələsi ilə bağlı lazımdır. Ona görə də onun atası X3 25.*0.20*6-cı il tarixdə Bakı şəhərində ölməsi faktını müəyyən edilməsi barədə ərizənin təmin olunmasını xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəsi üzrə izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında bildirdi ki, ərizəçi onun qohumudur. X2 həqiqətən 20*6-cı il tarixdə vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında bildirdi ki, ərizəçi onun gəlinidir. Mərhum da onun qudası idi. Mərhum uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi. O, 20*6-cı il tarixdə rəhmətə getdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış *8.07.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin qardaşı X3 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X* dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.*985-ci il təvəllüdlü Ərizəçi atası X6r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, *0.06.*958-ci il təvəllüdlü X3 atası X*0 anası isə X8r. İş materiallarında olan 23 nömrəli birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X7 ölüm haqqında tibbi şəhadətnamə müraciət edilmədiyi üçün verilməmişdir. İş materiallarında olan Hövsan Bələdiyyəsi tərəfindən verilmiş **.07.2023-cü il tarixli arayışdan görünür ki, X9 25.*0.20*6-cı il tarixdə Zeytun sovxozu y/s qəbiristanlığında dəfn edilib. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin atası olmuşdur. 25.*0.20*6-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X3 25.*0.20*6-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *0.06.*958-ci il təvəllüdlü X3 25.*0.20*6-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3359/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3359/2023
25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver