Məhkəmə qərarları › İş №2(003)-3359/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3359/2024

03.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3359/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edillməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edillməklə ərizə ilə məhkəməyə müraciət edərək onunla X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MSB/2/2024-00246 saylı Barışıq Sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, Maraqlı şəxs ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Onların birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşlar.Aralarındakı münasibətlərin kəskinləşməsi nəticəsində təxminən 5-6 ay ayrı yaşamışlar.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 517118 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Maraqlı şəxs, anası X2r. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 800562 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Maraqlı şəxs, anası X2r. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 226634 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(003)-1795/2024 nömrəli Qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 653 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MSB/2/2024-00246 saylı Barışıq Sazişindən görünür ki, həmin barışıq sazişi Ərizəçi və Maraqlı şəxs aşağıdakı şərtlərlə bağlanmışdırlar: 1.Tərəflər aralarında bağlanmış nikahın davam etdirilməsinə razılığa gəlmədilər.

2. Tərəflər razılığa gəldilər ki, aralarında bağlanmış Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsində 17 iyul 2010-cu il tarixdə akt qeydləri kitabında 653 nömrə ilə qeydə alınmış nikahı onlara barışıq üçün əlavə vaxt verilmədən məhkəmə qaydasında pozsunlar. 3.Tərəflər razılığa gəldilər ki, birgə nikahlarından doğulan xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 anaları Ərizəçi himayəsində saxlanılsın.

4. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 18 yaşa qədər saxlanılması üçün 2024cü ilin mart ayından başlayaraq hər ay hər uşaq üçün 50 maant, cəmi 150 manat alimenti Ərizəçi bank hesabına ödəsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində birgə nikahlarından anadan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 anaları Ərizəçi yanında qalmasına və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü ilin mart ayından etibarən Maraqlı şəxs Ərizəçi hər uşağa görə hər ay 50 manat olmaqla 150 manat aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi aliment tələbi irəli sürdüyünə görə ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MSB/2/2024-00246 saylı Barışıq Sazişinin 3-cü və 4 cü bəndləri təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış MSB\2\2024-00246 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

3. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulan xx.xx.2011-ci il təvəllüdlü X4, 15 dekabr 2009-cu il təvəllüdlü X3 və 18 yanvar 2019-cu il təvəllüdlü X5 anası Ərizəçi himayəsində saxlanılsın.

4. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X4, 15 dekabr 2009-cu il təvəllüdlü X3 və 18 yanvar 2019-cu il təvəllüdlü X1 18 yaşa qədər saxlanılması üçün 2024-cü ilin mart ayından başlayaraq hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 150 (yüz əlli) manat alimenti Ərizəçi bank hesabına ödəsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar