Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3370/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək *927-ci il təvəllüdlü atası X6 09.*2.*985-ci il tarixdə Bakı şəhərində ölməsi və *927-ci il təvəllüdlü anası X3 09.*2.*985-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 ərizəçinin atası və X8 ərizəçinin anasıdır. Ərizəçinin valideynləri 07 dekabr *985-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş partlayış və ondan sonrakı yanğın nəticəsində yanıq xəsarətləri almışlar, 05 saylı xəstəxanaya yerləşdirildikdən sonra 09 dekabr *985-ci il tarixdə Bakı şəhərində vəfat etmişlər. Bu barədə 09 dekabr *985-ci il tarixdə “İnsan tələfatı ilə yanğın haqqında akt” tərtib edilmişdir. Ərizəçinin vəfat edən atası və anası *0 dekabr *985-ci il tarixdə Buzovna qəbiristanlığında dəfn edilmişdir. Ata və anasının ani ölümləri və evlərinin yanması ailə üzvlərini baş vermiş hadisə ilə bağlı onların ölüm haqqında şəhadətnamələrini almayıblar. Hal-hazırda onların ölüm haqqında şəhadətnamələri sənədləşdirmə üçün lazımdır. Ərizəçi bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, şöbə tərəfindən bu barədə məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, *927-ci il təvəllüdlü atası X6 09.*2.*985-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və *927-ci il təvəllüdlü anası X3 09.*2.*985-ci il tarixdə Bakı şəhərində vəfat etməsini hüquqi fakt kimi müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsi üzrə izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X*0 izahatında bildirdi ki, o, ərizəçinin qonşusudur, həmçinin onun valideynləri ilə də qonşu olmuşdur. Ərizəçinin atası mərhum X9 və anası mərhum X8 07.*2.*985-ci il tarixdə evlərində baş vermiş partlayış nəticəsində yanğında xəsarət almışlar, təcili tibbi yardım xidməti gələrək onları xəstəxanaya aparmış, bundan sonra vəfat etmişlər. Mərhumların Buzovna kənd qəbiristanlığında dəfn olunmasında iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilən X*2 şahid X*0 ilə eyni məzmunlu izahat verərək bildirdi ki, o, ərizəçi ilə uşaqlıqdan qonşudur. 07.*2.*985-ci il tarixdə qeyd edilən yanğın baş verən gün partlayış səsinə yuxudan oyanmış, dərhal ərizəçinin yanğın baş verən ünvanlarına getmiş, ərizəçinin atası X9 və X8 yanğında xəsarət aldığı üçün təcili tibbi yardım xidməti onları xəstəxanaya aparmışdır, bunda iki gün sonra isə onlar vəfat etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 3-*6-5/7-*5-937/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin atası X6 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X* dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs X4 ünvanlanmış 3- *6-5/7-*5-936/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin anası X3 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X* dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.*96*-ci il təvəllüdlü Ərizəçi atası X9, anası X5r. İş materiallarında olan 09 dekabr *985-ci il tarixdə Bakı şəhərində tərtib olunmuş “İnsan tələfatı ilə yanğın haqqında akt, Yanğın haqqında akt”-dan görünür ki, ərizəçinin atası X9 və anası X3 yaşadığı Bakı şəhəri Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 24 №-li yaşayış evində 07 dekabr *985-ci il tarixdə yanğın baş vermiş, yanğın zamanı X9 və X8 evdə olublar, onlar qonşuların köməyi ilə yanğın ocağından çıxarılmışlar və təcili yardım ilə 5 №-li xəstaxanaya çatdırmışlar, yanğın hadisəsindən sonra ikinci gündə X9 və X8 5 №-li xəstaxanada vəfat etmişlər. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən təqdim edilmiş *6 may 2023cü il tarixli, № 44 saylı arayışdan məlum olur ki, ərizəçi X2 atası X9 və anası X8 *0 dekabr *985-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəbiristanlığında dəfn olunmuşlar. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin atası, X8 ərizəçinin anası olmuşlar, onlar 09.*2.*985-ci il tarixdə Bakı şəhərində vəfat etmişlər və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumların övladı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının və anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum atası X6 və Ərizəçi mərhum anası X3 09.*2.*985-ci il tarixdə Bakı şəhərində ölmələrinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. X7 09.*2.*985-ci il tarixdə Bakı şəhərində ölməsinə və X3 09.*2.*985-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-3370/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3370/2023
25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver