Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3377/2024 08.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2018-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahdan xx.xx.2018-ci il təvəllüdlü Bağırova Şəhla, xx.xx.2021-ci il təvəllüdlü Bağırova Zəhra və xx.xx.2023-cü il təvəllüdlü Bağırova Zeynəb anadan olmuşdur. Bir neçə aydır ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlim tərbiyəsi ilə məşğul olmur. O, işləmədiyindən övladlarının saxlanmasında çətinlik çəkir. Maraqlı şəxs hazırda rəsmi işləmir, aylıq gəliri dəyişkəndir. Buna görə də aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni etiraf edərək təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan MŞB/8/2024-01258 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişin məzmunuda qeyd edilmişdir ki, Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək hər uşaq üçün 80 (səksən) AZN olmaqla ümumilikdə 240 (iki yuz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinəm dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. 2.Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. 3.Tərəflər hazırki Barışıq sazişini bağlamaqla, öz aralarında xx.xx.2024-cü il tarixində bağlanmış MŞB/8/2024-00767 nömrəli Barışıq sazişinin 3-cü bəndinin şərtlərinin qüvvədən düşmüş olduğunu təsdiq edirlər. 1.İkinci tərəf: Bağırov X4 tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək hər uşaq üçün 80 (səksən) AZN olmaqla ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. 2.İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. 3.Tərəflər hazırki Barışıq sazişini bağlamaqla, öz aralarında xx.xx.2024-cü il tarixində bağlanmış MŞB/86/2024-00767 nömrəli Barışıq sazişinin 3-cü bəndinin şərtlərinin qüvvədən düşmüş olduğunu təsdiq edirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək hər uşaq üçün 80 (səksən) AZN olmaqla ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/8/2024-01258 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15-dək hər uşaq üçün 80 (səksən) AZN olmaqla ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində aliment ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/8/2024-01258 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 15dək hər uşaq üçün 80 (səksən) AZN olmaqla ümumilikdə 240 (iki yüz qırx) AZN sabit pul məbləğində aliment ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3377/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3377/2024
08.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver