Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3405/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, *952-ci il təvəllüdlü atası X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X6 xx.xx.2023-cü il tarixdə qəflətən 7* yaşında Bakı şəhərində vəfat etmişdir. Atası *5.09.*952-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. Atasını ölənə qədər onlarla bir ünvanda yaşamışdır. Dəfn mərasimində qonşular və qohumlar da iştirak etmişlər. Dəfn mərasimi ilə əlaqədar başı qarışıq olduğundan, vaxtında ölüm haqqında şəhadətnaməni ala bilməmiş və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda atasının ölüm haqqında şəhadətnaməsi ona müəyyən sənədləşmə işlərini aparmaqdan ötrü lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirmişdir ki, atası dəniz kənarında ölmüş, təcili yardım çağırmışlar, lakin təcili yardım gələnə qədər artıq atası ölmüşdür. Həmin zaman ailə üzvləri orada olmuşdur. Atası öləndən sonra müayinə olunmamışdır. Həkimlərin dediyinə görə ürək tutmasından ölmüşdür. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş Səfərova Hicran Vidadi qızı ifadəsində bildirmişdir ki, ərizəçi onun əridir. Bütün ailə ilə birlikdə Mərdəkan qəsəbəsində olan çimərliyə getmişlər. Mərhum qayınatası ayağını quma qoymaq üçün onlardan aralanmışdır. Uşaqlar suda oynamağa başlamışlar. Təxminən 30 dəqiqə sonra əri bildirmişdir ki, gedib atasına baxsınlar. Aralarında olan məsafə təxminən 40-50 metr olmuşdur. Az qalmış əri atasını çağırmağa başlamış, lakin atası səs verməmişdir. Yaxınlaşanda isə qaynatasının tərpənmədiyini görmüşlər. Mərhum əvvəllər xərçəng xəstəliyindən əziyyət çəkmiş və buna görə bağırsağından əməliyyat olmuşdur. Hadisə xx.xx.2023-cü il tarixdə saat *6:00-*7:00 radələrində baş vermişdir. Təcili yardım çağırmışlar. Həkim gələndən sonra bildirmişdir ki, ürəyində tromplaşma baş verdiyindən ölmüşdür. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: -seriya AZE, 05*40935 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 *5.09.*952-ci ildə ünvan 2i ünvanında qeydiyyatdadır. - İ-ЖГ seriyalı 4*2708 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 arasında 04.0*.*977-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. -Vİİ-ЖГ seriyalı, 290204 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.*980-cı il təvəllüdlü Ərizəçi atası X6, anası isə X*r. -Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu sektorunun xx.xx.2023-cü il tarixli arayışından görünür i, Ərizəçi atası mərhum X6 ilə birgə vəfat edən günə kimi Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Qartal balası” düşərgəsində yaşamışdır. -xx.xx.2023-cü il tarixli Təcili və X3 Stasniyasının Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Mərdəkan qəsəbəsində olan çimərlikdə X6 barəsində çağırışla bağlı həkimə qədər ölüm qeydə alınmışdır.. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsin 45 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum *5.09.*952-ci il təvəllüdlü, X6 xx.xx.2023-cü il tarixində evdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən “Həkimə qədər ölüm” qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən Ölüm haqqında şəhadətnamənin №АZS-*06 verilməsinə imtina edilmişdir və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, atası- X2 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi atası - X2 xx.xx.2023-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun həmin tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə *5.09.*952-ci ildə Füzuli rayonunda doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *5.09.*952-ci ildə Füzuli rayonunda doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3405/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3405/2023
04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver