Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-341/2024 07.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi X6 iştirakı ilə, Ərizəçi X6 ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi X** ərizə ilə məhkəməyə müraciət edərək, *5.03.*96*-ci il təvəllüdlü X* xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası *5.03.*96*-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə vəfat edib. Ölüm haqqında şəhadətnamənin müəyyən müddət ərzində alınmasından məlimatsız olmuşlar. Maraqlı şəxsnə müraciət etmişlər, lakin şöbədən bildirmişlər ki, qanunla müəyyən olunmuş müddət ötürüldüyündən məhkəməyə müraciət etməlidirlər. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, anası *5.03.*96*-ci il təvəllüdlü X* xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X** məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun qızının əridir. X*0 qudası olmuşdur. Gülnara onkoloji xəstə idi. 2*.08.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə ona zəng vurdular ki Gülnara xətxənada ölüb. O, Gülnaranın yasında iştirak edib Mərhumə Zirə qəsəbə qəbirstanlığında dəfn olunub. Məhkəmədə şahid qismində X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun qızının əridir.. X*0 qudası olmuşdur. Gülnara onkoloji xəstə idi. 2*.08.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə xəstəxanada ölmüşdür. O, gülnaranın dəfnində iştirak edib. Mərhumə Zirə qəsəbə qəbirstanlığında dəfn olunub. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, X9 *5.03.*96*-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** 22.**.*992-ci il tarixdə anadan olmuşdur. Anası X5r. İş materiallarında olan Xəzər rayonu Zirə Bələdiyyəsi tərəfindən verilən 05.*0.2023cü il tarixli, № *57 saylı arayışdan görünür ki, mərhum X9 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Zirə qəsəbə qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi “Zirə Sağlamlıq Mərkəzi” tərəfindən verilmiş 06.*0.2023-cü il tarixli, № 272 saylı vəkil sorğusuna cavab məktubundan görsənir ki, X2 Zirə Sağlamlıq Mərkəzi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsini təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs X8 ünvanlanmış 03.*0.2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin anası X* ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X25” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, *5.03.*96*-ci il təvəllüdlü X9 2*.08.2023-cü il tarixində saat 23:35-də X20 Təxirəsalınmaz Təcili və Tibbi Yardım şöbəsinə gətirilmiş, xəstəyə göstərilən tədbirlərə baxmayaraq saat 00:50-də xəstədə bioloji ölüm baş vermişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X6 mərhum anası X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: X6 ərizəsi təmin olunsun. *5.03.*96*-ci il təvəllüdlü X* xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-341/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-341/2024
07.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver