Məhkəmə qərarları › İş №2(003)-3413/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3413/2020

10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3413/2020 10.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx xxxx 1980-ci il təvəllüdlü həyat yoldaşı X2 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun həyat yoldaşıdır. Onlar xx xxxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından Mələk və Nazlı adlı övladları anadan olmuşdur. 5 il bundan əvvəl həyat yoldaşının başında soyuqdəymə nəticəsində ağrılar başlamışdır. Bir müddət müalicə olunduqdan sonra ağrılar azalmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə həyat yoldaşının başında güclü ağrılar baş vermişdir. Onlar dərhal təcili tibbi yardıma müraciət etmişlər. Lakin həkim gələnədək həyat yoldaşı vəfat etmişdir. 15 sentyabrda o həkimə müraciət etmiş və həyat yoldaşına başındakı ağrılara görə dərman müdaxiləsi edilmişdir. Həyat yoldaşı qohumların və qonşuların iştirakı ilə Zirə kənd qəbristanlığında dəfn edilmişdir. Qanunları lazımi qaydada bilmədiklərinə görə və başları yas mərasiminə qarışdığından, vaxtında həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin alınmasına əhəmiyyət verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə ona müəyyən sənədləşdirmə üçün lazımdır. Həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini almaqdan ötrü qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina edilərək, məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Həmin sənədi məhkəmədən başqa cür ala bilmir. Qeyd olunanlara əsasən, mərhum xx xxxx 1980-ci il təvəllüdlü həyat yoldaşı X2 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin evinə sentyabr ayında günorta təcili yardım gəlmiş, qonşular ona qadının xəstə olduğu demişlər. Ərizəçinin həyat yoldaşı baş ağrısından əziyət çəkmiş, evdə qəfil vəfat etmişdir. Mərhum Zirə qəbristanlığında dəfn olunmuşdur. X3 məhkəməyə bildirmişdir ki, ərizəçi onun dostudur. Onlar ailəliklə dostluq edirlər. O, mərhumun dəfnində iştirak etmişdir. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. X1 məhkəməyə bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşının həyat yoldaşı Təranə rəhmətə gedib. Qardaşı ona zəng etmişdir ki, təcili yardım çağırsın. Həkim mərhumun beyninə qan sızdığını deyib. O, mərhumun dəfnində iştirak etmişdir. O, digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi xx xxxxx 2006-cı ildə akt qeydləri kitabında 923 saylı qeyd aparılmaqla Maraqlı şəxsndə nikaha girmişlər. Arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X7 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:05-də X2 adına çağırış olmuş, xəstəyə müalicə tədbirləri görülərək, poliklinikaya müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X7 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 13:05-də X2 adına çağırış olmuş, evə gələn təcili tibbi yardım briqadası tərəfindən qadın cinsində meyid aşkar olunmuşdur. Eyni zamanda, işin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən ərizəçinin həyat yoldaşı, xx xxxx 1980-ci il təvəllüdlü X5 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/15-974 №-li məktubundan görünür ki, ərizəçinin həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxx 1980-ci il təvəllüdlü X2 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. xx xxxx 1980-ci il təvəllüdlü X2 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar