Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3444/2025 23.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı 26.09.*979-cu il təvəllüdlü X3 27 dekabr *979-cu il tarixdə Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı –26.09.*979-cu il təvəllüdlü X6 *979-cu ilin dekabr ayında vəfat etmişdir. Belə ki, 26.09.*979-cu il təvəllüdlü X6 3 aylıq körpəykən xəsətlənmiş dərhal Xəzər rayonunda yerləşən uşaq xəstəxanasına aparmışdır. Elə həmin gün 26.09.*979-cu il təvəllüdlü X6 *979-cu ilin 27 dekabr tarixində ölmüşdür. Lakin Xəstəxana tərəfindən həmin vaxt bunla bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. 26.09.*979-cu il təvəllüdlü X4 Bakı şəhəri, Xəzər rayonu Mərədkan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bakı şəhər Maraqlı şəxs xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Qeyd olunmalıdır ki, 26.09.*979-cu il təvəllüdlü X3 ölüm haqqında şəhadətnaməsinin verilməsi ərizəçiyə vərəsəlik işi üçün zəruridir.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və tələbini müdafiə edərək, onun təmin olunması xahiş etmişdir. O, izahatında əlavə olaraq bildirmişdir ki, vəfat etmiş şəxs onun qızıdır və qızının ölümünü təsdiq edən hər hansı sənəd mövcud deyildir. Bu səbəbdən qeydiyyat şöbəsi tərəfindən onun müraciətinə rədd cavabı verildiyini bildirmişdir.
4. Məhkəmədə şahid qismində ifadə vermiş X7 izahatında bildirmişdir ki, hazırda ölüm faktı təsdiq olunması istənilən şəxs onun qardaşı qızıdır və o, qardaşı qızını ölümündən əvvəl görmüşdür. O, həmçinin izahatında bildirmişdir ki, X6 26.09.*979-cu il tarixində Mərdəkan xəstəxanasında doğulmuş, həmin ilin dekabr ayında 3 aylıq olarkən vəfat etmişdir. X3 ölümündən əvvəl saatlarla ağladığını, daha sonra xəstəxanaya aparılarkən yolda vəfat etdiyini, Mərdəkan qəbirstanlığında dəfn edildiyini qeyd etmişdir.
5. Məhkəmədə şahid qismində ifadə vermiş X2 izahatında Zəminənin adını özünün qoyduğunu, onun 3 aylıq olarkən dekabr ayında vəfat etdiyini, Mərdəkan qəbirstanlığında dəfn edildiyini, onun vafatı ilə əlaqədar olar təşkil olunan yas mərasimində iştirak etdiyini, yas mərasiminin evdə keçirildiyini qeyd etmişdir.
6. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. Vİ-ЖГ seriyalı 408965 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X6 26.09.*979-cu il tarixdə anadan olmuş, atası X8, anası Ərizəçidır.
8. Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə Ərizəçi arasında 22.04.*976-cı il tarixində Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsində *34 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Abasov, arvada Abasova soyadı verilmişdir.
9. Bakı şəhəri Maraqlı şəxs 09 avqust 2025-ci il tarixli 3*65/8-*5-*397 saylı məktubundan görünür ki, X3 ölümü faktını təsdiq edən tibbi şəhadətnamə və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun ölüm faktının dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
10. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 09 avqust 2025-ci il tarixli, 3-*6-5/8- 69-*285 saylı arayışdan görünür ki, 26.09.*979-cu ildə Bakı şəhərində anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
11. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
12. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır.
13. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
14. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının: - 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. - 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar ondan ibarətdir ki, X6 26 sentyabr *979-cu il tarixində Bakı şəhərində doğulmuş, onun atası X8, anası Ərizəçidır. X6 27.*2.*979-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından Maraqlı şəxs tərəfindən X3 ölümünün dövlət qeydiyyatına alınması mümkün olmamış, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
19. Həmçinin məhkəmə araşdırılması zamanı tədqiq edilən və sübut qismində qiymətləndirilən şahid ifadələri ilə də 26 sentyabr *979-cu il təvəllüdlü X3 27.*2.*979-cu il tarixdə Bakı şəhərində vəfat etməsi və Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunması faktı öz təsdiqini tapmışdır.
20. Beləliklə məhkəmə araşdırması nəticəsində sübut edilmişdir ki, 26 sentyabr *979cu il təvəllüdlü X6 27.*2.*979-cu il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin onun ölümü ilə bağlı sənədləşmə işləri lazımi qaydada aparılmamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsi tərəfindən X3 ölümünün dövlət qeydiyyatına alınması mümkün olmamış və nəticədə ərizəçiyə qızının ölümü haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. X* ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsi onun vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsindən asılıdır.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 26.09.*979-cu il tarixində Bakı şəhərində doğulmuş X3 27.*2.*979-cu il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. 26.09.*979-cu il təvəllüdlü X3 27.*2.*979-cu il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov