Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3451/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 05 aprel *96*-ci ildə Beyləqan rayonunda anadan olmuş yoldaşı Məcnunova zəhra Bahatur qızının 05 avqust 2025-ci il tarixində Bakı şəhərində vəfat etmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi yoldaşı Məcnunova Zəhra Bahatur qızı 05 aprel *96*-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. xx.xx.2025-ci ildə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında vəfat etmişdir. 05.04.*96*-ci il təvəllüdlü Məcnunova zəhra Bahatur qızı barəsində xx.xx.2025-ci il tarixdə X4 Tibbi Yardım çağırış daxil olmuş, lakin həkimə qədər vəfat etmə halı baş vermişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubuna əsasən Ölüm şəhadətnaməsinin verilməsindən imtina edilərək Məhkəməyə müraciət olunması qeyd edilmişdir. Məcnunova Zəhra Bahatur qızı Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 885 №-li arayışına əsasən Binə qəsəbəsi Hövsan südçülük sovxozu məzarlığında dəfn edilmişdir. Hal-hazırda mərhunun həyat yoldaşı olaraq məhkəməyə Ərizəçi müraciət etməli olmuşdur. Məcnunova Zəhra Bahatur qızının ölüm faktının müəyyən edilməsi ərizəçiyə məişət və vərəsəlik məsələlərinin həlli üçün vacibdir.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və tələbini müdafiə edərək, onun təmin olunması xahiş etmişdir. O, izahatında əlavə olaraq, vəfat etmiş şəxs Məcnunova Zəhra Bahatur qızının onun həyat yoldaşı olduğunu, yoldaşının ürəyi ilə bağlı problemlərinin olduğunu, daha sonra vəziyyətinin ağırlaşdığını, vəfat etdiyi gün təcili yardım çağrıldığını, lakin təcili yardım avtomobilinin yoldaşı vəfat etdikdən sonra yaşadıqları ünvana çatdığını, mərhumun Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən qəbirstanlıqda dəfn edildiyini, tibbi sənəd verilmədiyi üçün ölüm şəhadətnaməsi ala bilmədiyini qeyd etmişdir.
4. Məhkəmədə şahid qismində dindirilmiş Ayaz Məmmədov izahatında Məcnunova Zəhra Bahatur qızının xx.xx.2025-ci il tarixində axşam saatlarında yaşadığı evdə vəfat etdiyini, mərhumun vəfat etdiyi gün təcili tibbi yardım maşınının gec gəldiyini, yalnız onun vəfatında sonra yaşadığı ünvana çatdığını, Məcnunova Zəhra Bahatur qızının Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən qəbirstanlıqda dəfn olduğunu bildirmişdir.
5. Məhkəmədə şahid qismində dindirilmiş Bəhruz Məmmədov izahatında Məcnunova Zəhra Bahatur qızının sağlamlıq vəziyyətinin yaxşı olmadığını, onun xx.xx.2025-ci il tarixində axşam saatlarında yaşadığı evdə vəfat etdiyini, vəfat etdiyi gün təcili tibbi yardım maşınının mərhumun vəfatında sonra onun yaşadığı ünvana gəldiyini, mərhumun Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən qəbirstanlıqda dəfn olduğunu qeyd etmişdir.
6. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. V-ЖГ 4705** saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X2 arasında **.**.*99*-ci il tarixində Beyləqanrayonu Qeydiyyat şöbəsində 39 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Məcnunov, arvada Məcnunova soyadı verilmişdir.
8. Respublika Təcili və X* Mərkəzi PHŞ-nin “Ölüm haqqında xəbərdarlıq vərəqsi”ndən görünür ki, çağırışın tarixi xx.xx.2025-ci il, xəstənin yanına gəlmə vaxtı 0*:30, ünvan Xəzər rayonu, Binə qəsəbəsi, xəstənin S.A.A. Məcnunova Zəhra Bahatur qızı, yaşı 64, Həkimə qədər ölüm, qadın cinsli meyid.
9. “Bakı Baş Səhiyyə Mərkəzi” X6 4 nömrəli Birləşmiş şəhər Polikilinikasının xx.xx.2025-ci il tarixli *8-*-*-99/2-357/2025 məktubundan görünür ki, 05.04.*96*-cı il təvəllüdlü Məcnunova Zəhra Bahatur qızı xx.xx.2025-ci il tarixində evində ölmüşdür. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölüm səbəbi məlum olmadığından ona həkim tərəfindən TQS № *06 verilməsindən imtina edilmişdir.
10. Bakı şəhəri Binə bələdiyyəsinin *8.08.2025-ci il tarixli, 885 nömrəli arayışından görünür ki, Məcnunova Zəhra Bahatur qızı xx.xx.2025-ci il tarixində vəfat etmiş və mərhum Binə qəsəbəsi Hövsan Südçülük sovxozu qəbirstanlığında dəfn olunmuşdur.
11. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, Məcnunova Zəhra Bahatur qızı 05.04.*96*-ci tarixində doğulmuş, xx.xx.2025-ci il tarixində vəfat etmişdir.
12. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-*6-5/8-*5-*395/2025 saylı məktubundan görünür ki, Məcnunova Zəhra Bahatur qızının ölümü faktını təsdiq edən tibbi şəhadətnamə və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun ölüm faktının dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
13. Müvəqqəti Qeydiyyat vəsiqəsindən görünür ki, Ərizəçi Binə qəsəbəsi, Südçülük sovxozunda müvəqqəti qeydiyyatdadır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
14. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır.
15. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
16. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının
18. *.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
19. *.6-cı bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 3*0.*-ci maddəsi).
20. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
21. 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
22. 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar ondan ibarətdir ki, Ərizəçi həyat yoldaşı 05 aprel *96*-cı il təvəllüdlü Məcnunova Zəhra Bahatur qızı 05 avqust 2025-ci il tarixdə Bakı şəhərində Binə qəsəbəsi, Südçülük sovxozu ərazinində yaşadığı evdə vəfat etmiş və Binə qəsəbəsi Hövsan Südçülük sovxozu qəbirstanlığında dəfn olunmuşdur. Lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından Maraqlı şəxs tərəfindən Məcnunova Zəhra Bahatur qızının ölümünün qeydiyyata alınması mümkün olmamış, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırılması zamanı tədqiq edilən və sübut qismində qiymətləndirilən şahid ifadələri ilə də 05 aprel *96*-cı il təvəllüdlü Məcnunova Zəhra Bahatur qızının xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Binə qəsəbəsi Hövsan Südçülük sovxozu qəbirstanlığında dəfn olunması faktı öz təsdiqini tapmışdır.
25. Beləliklə məhkəmə araşdırması nəticəsində sübuta yetirilmişdir ki, 05 aprel *96*-cı il tarixində doğulmuş Məcnunova Zəhra Bahatur qızı 05 avqust 2025-ci il il tarixdə Bakı şəhərində vəfat etmişdir.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 05.04.*96*-cı il tarixində doğulmuş Məcnunova Zəhra Bahatur qızının xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. 05.04.*96*-cı il tarixində doğulmuş Məcnunova Zəhra Bahatur qızının xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov