Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-346/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi) ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxs) məhkəməyə ərizə ilə müraciət edərək *892-ci il təvəllüdlü X5 *9.04.*969-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X*0, onun əri - X2 atasıdır. Mirsaleh Tağıyev *9.04.*969-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və Xəzər rayonu Binə qəbirstanlığında dəfn olunmuşdur. X4 hazırda yaşadığı və qeydiyyatda olduğu ev miras qalmışdır. X* da xx.xx.2008-ci il tarixdə ölmüşdür. Hazırda ərinin atasından qalmış miras əmlakı, yəni mərhum X4 qalmış əmlakı rəsmiləşdirmək istəyəndə müəyyən edilmişdir ki, onun ölüm faktı qeydə alınmamış və buna görə X5 ölüm faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin ölüm haqqında həkim arayışı təqdim edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. X*0 isə *969-cu ildə öldüyündən ölüm haqqında həkim arayışının verilməsi ağlabatan deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X*0 *969-cu il tarixdə ölməsi ilə bağlı qohum və qonşu şəxslər təsdiq edə bilərlər. Yuxarıda qeyd olunanlara əsasən ərizəsini qəbul edib mahiyyəti üzrə baxılmasını və mərhum qaynatası X5 *9.04.*969-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində bildirmişdi ki, o ərizəçinin əmisi oğludur. X5 nəvəsidir. Mirsalehi uşaq olanda görmüşdür. Bir həyətdə yaşayırdılar. İflic olandan sonra evində xəstə olaraq yatırdı. *969-cu ildə rəhmətə gedib. Məhkəmədə şahid qismində dindirilən X*4 ifadəsində bildirmişdi ki, X*0 onun doğma babasıdır. Bir həyətdə yaşayıblar. İflic olandan sonra evində xəstə olaraq yatırdı. *969-cu ildə rəhmətə gedib. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 *4.03.*980-ci ildə rəsmi nikaha daxil olmuşlar, ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, DA-0*620-2022 saylı arxiv arayışından görünür ki, 06.07.*942-ci il təvəllüdlü X9 (sənəddə olduğu kimi) atası Tağıyev Sali (sənəddə olduğu kimi) Həbib oğlu, anası Tağıyeva Səkinə (sənəddə olduğu kimi) Abtalıb(sənəddə olduğu kimi) qızıdır. Belə ki, iş materiallarında olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Binə qəsəbəsi Karqanov küçəsi, dalan *-də yerləşən 68,3 kv.m. yaşayış sahəsindən ibarət * saylı ev X5 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 qara ciyər çatışmamazlığı səbəbi ilə xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *6.05.2008-ci il tarixdə 423 sayla qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin qaynatası X** ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4037 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi N.Abbasov küçəsi dalan * ev 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4038 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi N.Abbasov küçəsi dalan * ev 2 ünvanında qeydiyyatdadır və mərhum qaynatası X*6 *9.04.*969-cu il tarixdə vəfat edib və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X*0 ərizəçinin qaynatası olmuşdur. *9.04.*969-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. X*0 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbrstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun gəlini olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qaynatasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum qaynatası X5 *9.04.*969-cu il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *892-ci il təvəllüdlü Tağıyev Mirsaleh (Sali) Həbib oğlunun *9.04.*969-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-346/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-346/2023
08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver