Məhkəmə qərarları › İş №2(003)-3460/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3460/2022

31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3460/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nın *9.09.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 0* yiul *938-ci ildə Lerik rayonunda doğulmuşdur. Anası *9 sentyabr 2022-ci il tarxdə Bakı şəhərində vəfat etmişdir. Anası ölərkən 84 yaşı olmuş, son bir həftə o, yataq xəstəsi olmuşdur. Anasının vəziyyəti ağırlaşan zaman təcili tibbi yardıma zəng etdilər, lakin təcili tibbi yardım gələnə qədər anası keçinmişdir. X2 29 nömrəli Birləşmiş şəhər Xəstəxanasında qeydiyyatda olmadığından ona AZS *06 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. Onlar yaxın qohumlarının və qonşuların iştirakı ilə anasını Binə kənd qəbiristanlığında dəfn etmişlər. Anasının ölüm faktını və dəfnini qəsəbə sakinləri məhkəmədə təsdiq edə bilərlər. Hazırda onun ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə üçün ona lazımdır. O bu barədə Bakı şəhəri Maraqlı şəxs müraciət etsə də, bu barədə məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, X8 onun nənəsidir. Nənəsi onlarla qonaq gəlmişdir. X* *9 sentyabr 2022-ci il tarxdə vəfat etmişdir. Nənəsini Binə kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o ailəlidir və öz ailəsi ilə birlikdə Binə sovxozu ərazisində fərdi yaşayış evində yaşayır. X8 onun nənəsidir. Nənəsi anasıgilə qonaq getmidir. X* *9 sentyabr 2022-ci il tarxdə vəfat etmişdir. Nənəsini Binə kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*973-cü ildə doğulmuşdur. X3, X2dır. İş materiallarında olan Binə bələdiyyəsinin 26.*0.2022-ci il tarixli 2468 nömrəli arayışında qeyd edilmişdir ki, X8 *9.09.2022-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/*5-*307 nömrəli məktubunda qeyd edilmişdir ki, ölüm haqqında həkim arayışı olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.*-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadəsi və işin materialları ilə X4 *2.0*.2022-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum X2nın *9.09.2022-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0*.07.*938-ci il tarixdə Lerik rayonunda doğulmuş X4 *9 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar