Məhkəmə qərarları › İş №2(003)-3465/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3465/2020

14.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3465/2020 14.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1954-cü il təvəllüdlü ərizəçinin X5nun xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü il təvəllüdlü X12 onun atasıdır. O, ünvan 1 ünvanında qeydiyyatda olmaqla fakitiki olaraq Bakı şəhəri, Xəzər rayonun Binə qəsəbəsində yerləşən A.Bakıxanov küçəsi, 4-cü döngədə yerləşən 10 saylı evdə yaşayırdı. xx.xx.2020-ci il tarixində saat 09:30 radələrində o, həmin ünvanda vəfat etmiş, xx.xx.2020-ci il tarixində gündüz saat 14:00 da isə Buzovna qəsəbəsində yerləşən Buzovna qəbirstanlında dəfn olunmuşdur. Bu halı Təcili və X6 Stansiyasının xx.xx.2020-ci il tarixli tibbi arayışı və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri tərəfindən verilmiş 89 saylı xx.xx.2020-ci il tarixli arayış ilə sübut edilir. Bundan əlavə X5nun ərizədə qeyd etdiyi tarixdə vəfat etməsini və qeyd etdiyi tarixdə dəfn olunmasını şahidlər də təsdiq edə bilərlər. Ölüm haqqında arayışın verilməsi üçün mərhum atasının qeydiyyatda olduğu rayon üzrə poliklinikaya həmçinin faktiki yaşayış yeri üzrə müraciət etmiş, lakin, poliklinika onun müraciətinə heç bir cavab verməmişdir. Mərhum atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ordan ona bildirmişlər ki, ölüm haqqında arayış olmadığı üçün bu iş məhkəmə qaydasında həll edilməlidir. Qeyd edir ki, ölüm faktının müəyyən edilməsi ona mərhum atasının qeydiyyatda olduğu Ağdam şəhəri, S.Sani küçəsində yerləşən 150 saylı evdən qeydiyyatdan çıxarılması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında oxşar məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, X3 onun əridir. X3 ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonun Binə qəsəbəsində yerləşən A.Bakıxanov küçəsi, 4-cü döngədə yerləşən 10 saylı evdə yaşayırdı. X3 xx xxxx 2020-ci il tarixdə evdə vəfat etmişdir. Mərhum Buzovna qəsəbəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilən Əliyeva Könül Şükür qızı ifadəsində bildirdi ki, X3 onun atasıdır. O, evə gələndə atası artıq ölmüşdür. Atasının xəstəliyi olmayıb, o, qəflətən xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. “COVİD 19” pandemiyası ilə əlaqədar olaraq X3nun yas mərasimi keçirməlidi. Mərhum X2 qəsəbəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, Bakı şəhəri Təcili və X7 Stansiyasının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx xxxx 2020-ci il tarixdə il tarixdə saat 09:30-da X9 adına ünvan 3 ünvanı üzrə çağırış olmuş, evə gələn X17 briqadası tərəfindən həkiməqədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan Xəzər rayon prokurorluğunun 10 saylı X17 bölməsinin baş həkiminə ünvanladığı 05 saylı, xx.xx.2020-ci il tarixli məktubun surətindən aydın olur ki, xx xxxx 2020-ci il tarixdə Xəzər rayon polis idarəsinin növbətçi hissəsindən rayon prokurorluğuna xx xxxx 1954-cü ildə Ağdam rayonu, Ətyeməzli kəndində anadan olmuş X9 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olarkən xəstəliyi ilə əlaqədar ölməsi barədə məlumat daxil olmuşdur. Həmin əraziyə 10 saylı X17 bölməsinin həkim briqadası gəlmiş və Şükür Əliyev müayinə olunarkən həkimə qədər ölümü həkimlər tərəfindən təsdiq edilmişdir. Qohumlarının deməsinə görə Şükür Əliyev ürək xəstəliyindən əziyyət çəkmiş, xəstəliyi nəticəsində ölmüş, Şükür Əliyevin ölümü ilə bağlı hər hansı şəxsdən şikayət, tələbləri yoxdur. Zərurət yarandığından Şükür Əliyevə ölüm kağızı verilməsindən ötrü aidiyyəti yerə təqdim edilməsi üçün sonuncunun qohumlarına tərtib olunmuş çağırış listinin verilməsinə göstəriş verilməsi xahiş olunur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 89 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X2 qəbiristanlığında dəfn olunmuş, qəbirüstü abidəsi var və üzərində aşağıdakı sözlər yazılıb. " X12 xx.xx.1954-xx.xx.2020" İş materiallarında olan qəbirüstü foto şəkildən görünür ki, X12 xx xxxx 1954-cü il tarixdə doğulub, xx xxxx 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 05/15-940 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ərizəçinin X5nun ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuşdur. X5, anası X8r. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 19151822 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 şəhəri, S.Sani küçəsi, ev 180 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Xəzər RİHB-nın Binə qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3590 saylı arayışdan görünür ki, X12 ünvan 5 ünvanında qeydiyyatsız yaşamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.8). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi mərhum atası X9 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı və digər sübutlarla tam təsdiq olunur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X9 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar ərizəçiyə lazımdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum atasıxx xxxx 1954-cü il təvəllüdlü X9 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İşdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin olunsun. xx xxxx 1954-cü il tarixdə doğulmuş X9 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhməiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar