Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3465/2024 08.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edillməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edillməklə ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00922 saylı Barışıq Sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, Maraqlı şəxs ondan 27.200 manat borc pul götürmüşdür.xx.xx.2024-cü il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmışdır.Sazişə əsasən borclu may ayından başlayaraq 7 ay ərzində hər ay 3.890 manat məbləğində pul ödəməli idi.Lakin borclu öhdəliyini yerinə yetirməmiş və borcunu ödəməmişdir.Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00922 saylı Barışıq Sazişindən görünür ki, həmin barışıq sazişi Ərizəçi və Maraqlı şəxs aşağıdakı şərtlərlə bağlanmışdırlar: 1.Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ona Birinci tərəfə 27.200 (iyirmi yeddi min iki yüz) AZN borcunun olduğunu etiraf etdiyini və bu borc məbləğinin İkinci tərəf Maraqlı şəxs tərəfindən ona aşağıdakı göstərilən cədvəl üzrə vaxtı vaxtında və tam həcmdə nağdsız qaydada ona Birinci tərəfin bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 2.İkinci tərəf: Maraqlı şəxs etiraf edir ki, Birinci tərəf: Ərizəçi 27.200 (iyirmi yeddi min iki yüz) AZN məbləğində qəbul etmişdir. Bu borc məbləğini etiraf edir və Bu sazişdə göstərilən cədvəl üzrə vaxtı vaxtında və tam həcmdə nağdsız qaydada Birinci tərəfin bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür. 3.Tərəflər razılaşırlar ki, Bu saziş üzrə İkinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda Birinci tərəf: Ərizəçi AR Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Ödəniş cədvəli: 1.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3890 (üç min səkkiz yüz doxsan) 2.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) 3.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) 4.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) 5.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) 6.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) 7.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) Cəmi - 27200 (iyirmi yeddi min iki yüz) AZN Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Maraqlı şəxs 27.200 manat məbləğində borcunu etraf etmiş və ödəniş cədvəlinə uyğun olaraq Ərizəçi olan borcunu xx.xx.2024-cü il tarixdən başlayaraq 7 ay ərzində qaytarmağa dair öhdəlik götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00922 saylı Barışıq Sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2024-00922 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 1.Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ona Birinci tərəfə 27.200 (iyirmi yeddi min iki yüz) AZN borcunun olduğunu etiraf etdiyini və bu borc məbləğinin İkinci tərəf Maraqlı şəxs tərəfindən ona aşağıdakı göstərilən cədvəl üzrə vaxtı vaxtında və tam həcmdə nağdsız qaydada ona Birinci tərəfin bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 2.İkinci tərəf: Maraqlı şəxs etiraf edir ki, Birinci tərəf: Ərizəçi 27.200 (iyirmi yeddi min iki yüz) AZN məbləğində qəbul etmişdir. Bu borc məbləğini etiraf edir və Bu sazişdə göstərilən cədvəl üzrə vaxtı vaxtında və tam həcmdə nağdsız qaydada Birinci tərəfin bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür. 3.Tərəflər razılaşırlar ki, Bu saziş üzrə İkinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda Birinci tərəf: Ərizəçi AR Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Ödəniş cədvəli: 1.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3890 (üç min səkkiz yüz doxsan) 2.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) 3.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) 4.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) 5.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) 6.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) 7.Ödəniş tarixi xx.xx.2024-cü il (ödəniş tarixi) – Köçürüləcək məbləğ 3885 (üç min səkkiz yüz səksən beş) Cəmi - 27200 (iyirmi yeddi min iki yüz) AZN Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3465/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3465/2024
08.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver