Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3480/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 05 avqust 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ona qarşı «nikahın pozulması və s.» tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, aralarında 15 iyun 2008-ci il tarixdə bağlanmış 1505 nömrəli nikahın pozulması, birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra onun himayəsinə verilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş yetkinlik yaşma çatmayan X3 və X1 üçün onlar yetkinlik yaşlarına çatanadək hər biri üçün 500 manat olmaqla, ayda ümumilikdə 1.000 manat sabit pul məbləğində alimentin ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(006)-1559 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bildirir ki, maraqlı şəxs ona qarşı iddia qaldırdıqdan sonra o, öz övladları ilə ünsiyyətdən məhrum olmuşdur. Maraqlı şəxs uşaqlarla görüşməyə imkan yaratmır və onu faktiki olaraq uşaqlarla görüşdən məhrum etmişdir. Uşaqlarla ünsiyyət hüququnu təmin etmək məqsədi ilə maraqlı şəxsin razılığı ilə aralarında uşaqlarla ünsiyyətə dair xx.xx.2022-ci il tarixli “Barışıq Sazişi” bağlanmışdır. Həmin sazişlə hər həftənin şənbə günləri saat 12:00-dan 17:00a kimi sərbəst uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə razılığa gəlinmişdir. Lakin, maraqlı şəxs indiyə kimi barışıq sazişində nəzərdə turulmuş öhdəliklərinə riayət etməmişdir ki, bunun da nəticəsində o, uşaqları ilə ünsiyyət hüququndan məhrum olmuşdur. Sazişin müddəalarına riayət olunması məqsədi ilə maraqlı şəxsə tərəfindən xx.xx.2022-ci il tarixli Pretenziya məktubu da göndərilmişdir. Lakin, maraqlı şəxs tərəfindən buna da məhəl qoyulmamışdır və maraqlı şəxs müxtəlif bəhanələrlə uşaqlarını onunla görüşdürməkdən yayındırır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizə tələbinin təmin edilərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)- 1559/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında 15 iyun 2008-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evində) 1505 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları iddiaçı Maraqlı şəxs ilə qalması, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Ərizəçi Maraqlı şəxs xeyrinə xx.xx.2022-ci il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan) başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 ataları Ərizəçi ilə hər həftənin şənbə günləri, saat 12:00-dan 17:00-a kimi sərbəst uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə razılaşdılar. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 05 avqust 2022-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 ataları Ərizəçi ilə hər həftənin şənbə günləri, saat 12:00-dan 17:00-a kimi sərbəst uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 05 avqust 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 05 avqust 2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 05 avqust 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, maraqlı şəxs Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2010cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 ataları Ərizəçi ilə hər həftənin şənbə günləri, saat 12:00-dan 17:00-a kimi sərbəst uşaqla ünsiyyət hüququ həyata keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 05 avqust 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 ataları Ərizəçi ilə hər həftənin şənbə günləri, saat 12:00-dan 17:00-a kimi sərbəst uşaqla ünsiyyət hüququ həyata keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3480/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3480/2022
06.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver