Məhkəmə qərarları › İş №2(003)-3516/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3516/2024

28.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3516/2024 28.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs olmaqla “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin uşağın atanın himayəsinə verilməsi hissəsində təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxslə uşaqların atanın himayəsində saxlanması barədə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişlə onun mənzil və məişət şəraitinin yaxşı olması və birgə nikahdan doğulmuş övladlarının mənafeyi baxımdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 ataları Ərizəçi himayəsində qalmasına razılaşırlar və Maraqlı şəxs övladları ilə istədiyi zaman görüşə biləcəkdir. Barışıq sazişinin imzalanmasından 10 gün müddət keçsə də, barışıq sazişi hələ də icra edilməmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflərin üç övladları var və onlardan biri yetkinlik yaşına çatmışdır. İki uşağın ərizəçinin himayəsinə verilməsi ilə bağlı mediasiya qaydasında razılıq əldə edilmişdir. Məhkəmə qətnaməsində himayə ilə bağlı müddəa olmadığı üçün mediasiyaya müraciət etmişlər. Maraqlı şəxsin qohumları uşaqları vermirlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədi və izahatında bildirdi ki, sazişdə qeyd edilənlər icra edilmişdir. Sadəcə olaraq valideynləri uşaqların atanın himayəsində saxlanmasına razı olmurlar. Uşaqların onun yanında saxlanmasını istəyirlər. Ərizəçi uşaqlarla görüşməsində ona heç bir problem yaratmır. Ərizəçi ilə aralarında heç bir narazılıq yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər, Ərizəçi mənzil və məişət şəraitinin daha qənaətbəxş olması səbəbindən birgə nikahdan anadan olmuş övladlarının mənafeyi baxımından daha uyğun olacağı düşüncəsilə bu saziş imzalanan gündən (xx.xx.2024-cü il) etibarən xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 ataları Ərizəçi himayəsində qalmasına razılaşırlar. Ərizəçi birgə nikahdan anadan olmuş övladları xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014cü il təvəllüdlü X10 ilə birlikdə özünə məxsus ünvan 1 ünvanında olan evdə qalacaq. Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladları xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 ilə istədiyi zaman görüşə biləcək. Tərəflər razılaşırlar ki, birgə nikahdan anadan olmuş övladları xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün heç bir aliment tələbi olmayacaq (mediator: R.Ə.Nəbizadə). -Həmin Sazişin 6-cı bəndinə əsasən Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. -Həmin Sazişin 8-ci bəndinə əsasən sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 627962 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X4, anası X2r. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 388133 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Onun atası X4, anası X2r. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 ataları Ərizəçi himayəsində qalmasına dair razılıq əldə edilməsinə baxmyaraq, Maraqlı şəxs həmin Saziş əsasında üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, barışıq sazişinin şərtlərinin tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının himayədə saxlanmasından ibarət olmasını nəzərə alaraq qeyd edir ki, həmin şərtlərin qanuna zidd olması müəyyən edilmədiyindən, eyni zamanda həmin şərtlərin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi hissəvi təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi hissəvi təsdiq edilsin: - Tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 ataları- Ərizəçi himayəsində saxlanılsınlar. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar