Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3569/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı *5.**.*965-ci il təvəllüdlü X* xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, qardaşı X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.Təcili yardım çağırıldı,lakin elə ordaca dünyasını dəyişdi.Binə qəbrstanlığında dəfn olunmuşdur. Qanunla müəyyən olunmuş müddəti ötürdüyünə görə məhkəməyə müraciət etməli olmuşdur.Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X2 göstərmişdir ki, tibbi şəhadətnamə verilmədiyinə görə ölüm faktını qeydə alınmamışdır. Şahid qismində dindirilmiş X6 məhkəmə iclasında bildirdi ki, Bahadur onun qonşusudur. Onun Əsədulla adlı qardaşı olub.Təxminən avqust-sentyabr aylarında vəfat etmiş və Binə qəbrstanlığında dəfn olunub.Dəfn mərasimində özü də iştirak edtmişdir. Şahid qismində dindirilmiş X4 məhkəmə iclasında göstərdi ki, Bahadur və Əsədulla onun əmiləridir.2024-cü ilin avqust ayında vəfat etmiş və Binə qəbrstanlığında dəfn olunmuşdur. Yasda mərasimində özü də iştirak etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 *5.**.*965-ci il tarixində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsinin *572 saylı, 04.**.2024-cü il tarixli arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixində vəfat edib və Binə qəsəbəsi Hövsan Südçülük sovxozu məzarlığında dəfn edilmişdir. İş materiallarında olan 4 nömrəli birləşmiş şəhər xəstəxanasından Xəzər rayon məhkəməsinə olan xx.xx.2024-cü il tarixli, 3** nömrəli məktubdan görünür ki, Xəzər rayonu,Binə qəsəbəsi,Hövsan südçülük sovxozu ünvanında yaşamış *5.**.*965-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixində X9 Tibbi yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. 4 nömrəli Birləşmiş şəhər xəstəxanasında 2000-ci ildən sonra müraciət etmədiyi və xəstəlik haqqında məlumat olmadığı üçün TQS №*06 verilməsindən imtina edilmişdir. İş materiallarında olan 3-*6-5/8-*0-*284/2024 nömrəli *4.08.2024-cü il tarixli 5 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi verilmiş məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə verilmədiyinə görə ölüm faktını qeydə almaq mümkün olmamışdır.Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə müəyyən olundu ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdənn Məhkəmə hesab edir ki, X* ölməsi ərizəçinin izahatı, şahidin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *5.**.*965-ci il təvəllüdlü X* xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3569/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3569/2024
04.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver