Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3573/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə) məhkəməyə ərizə ilə müraciət edərək 20.03.*983-cü il təvəllüdlü əri X6 3*.07.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev *94 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.*984-cü il təvəllüdlü Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, ev 4* ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır lakin, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev *94 ünvanda yerləşən mənzildə daimi (faktiki) olaraq yaşayır. Mərhum əri X9 20.03.*983cü il tarixində Bakı şəhərində doğulmuşdur. Bunu hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi mərhum ərinə aid şəxsiyyət vəsiqəsinin və ona aid nikah haqqında şəhadətnamənin surətləri ilə təsdiq edir. Mərhum əri, 20.03.*983-cü il təvəllüdlü X9 vəfat etdiyi tarixədək onunla birlikdə eyni ünvanda yerləşən mənzildə yaşayırdı. 3*.07.2023-cü il tarixində, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev *94 ünvanında yerləşən mənzildə qəflətən ölmüşdür (dünyasını dəyişmişdir). Ölüm səbəbi bilinmir. Ürək infaktından ölməsi ehtimal olunurdu. Ölüm şəraiti yatdığı yerdə keçinməsi ilə xarakterizə olunur. Bunu hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi eyni tarixli, *9 saylı X*0 Vərəqəsinin əsli ilə təsdiq edir. Mərhum əri elə həmin gündə, yəni 0*.08.2023-cü il tarixində Bakı şəhərində Xırdalan qəbirstanlığında dəfn edilmişdir. “Ölüm haqqında şəhadətnaməni” almaq üçün 3 saylı “ASAN xidmət”ə xx.xx.2023-cü il tarixli müraciət etdikdə, həmin şöbə tərəfindən, “olüm haqqında tibbi şəhadətnamə”-nın, başqa sözlə “Forma *06” arayışının olmamasını əsas gətirərək tələbini icra etmədilər və məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Elə ona görə də, bəzi sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamənin olmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də onun əri X6 3*.07.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktını müəyyən edilməsi barədə ərizənin təmin olunmasını xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəsi üzrə izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadankeçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında bildirdi ki, ərizəçi onun qonşusudur. X3 qəfldən bu ilin iyul ayında vəfat etdi. Hadisə baş verən zaman təcili yardım çağırılmışdır. Dəfn mərasimində iştirak edib. Məhkəmədə şahid qismində dindirilən X* izahatında bildirdi ki, ərizəçi onun qonşusudur. X3 qəfldən bu ilin iyul ayında vəfat etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış *2.09.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin əri X6 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 Elnura Kamil qızı 02.04.20*7-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan 33 nömrəli birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş X*0 vərəqəsindən görünür ki, X6 ölümü haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin əri olmuşdur. 3*.07.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X6 3*.07.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 20.03.*983-cü il təvəllüdlü X6 3*.07.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3573/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3573/2023
25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver