Məhkəmə qərarları › İş №2(003)-3586/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3586/2024

03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3586/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X* iştirakları ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi *0.0*.*975-ci il təvəllüdlü anası X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında, xx.xx.*997-ci il tarixdə Bakı şəhərində anadan olmasını qeyd etmişdir. Anası S.M.Şıxəliyeva vəfat edərkən uşaq olmasını, lakin anasının qanında trombosit olmasını və sonuncunun vəfat edərkən səhlənkarlıqdan TTYM-nə gec zəng etmələrini xatırlamasını bildirmişdir. Anası S.M.Şıxəliyeva vəfat etdikdən sonra sonuncunu qohum və qonşuların iştirakı ilə Quba qəbirstanlığında dəfn edilməsini, hal-hazırda mərhum anasının ölüm haqqında şəhadətnaməsinin sənədləşmə ilə bağlı ona lazım olmasını, bu barədə Maraqlı şəxsnə müraciət etməsini, lakin orada ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət görülməsini bildirmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində, ərizəçinin bacısı olmasını qeyd etmişdir. X4 onun anası olmasını, sonuncu vəfat etdikdə uşaq olmasını, lakin ürəyində trombosit olmsını xatırlamasını bildirmişdir. Anası, yəni S.M.Şıxəliyeva *0.0*.*975-ci ildə anadan omasını, xx.xx.2008-ci ildə vəfat etməsini və Quba qəbirstanlığında dəfn edilməsini bildirmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində ərizəzçinin bibisi olmasını bildirmişdir. Mərhumun vəfat etməzədən öncə həkim müayinəsində olmasını və ürəyində trombosit olması dioqnozunun qoyulmasını, lakin sonuncunun imkansızlıqdan müalicə oluna bilməməsini bildirmişdir. S.M.Şıxəliyevanın vəfat etdiyi gün, xx.xx.2008-ci il tarixdə qardaşı qızı Aydan Şıxəlizadənin onu yığmasını, qardaşıgilə getdikdə isə Südabə Şıxəliyevanın bədəninin soyuq olduğunu görməsini, təcili yardımın isə gecə gəlməsini, gəldikdə isə ölüm faktını təsdiq etdiklərini, mərhumun Quba qəbirstanlığında dəfn olunmasını və yas mərasimində iştirak etdiyini qeyd etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və əizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; TƏBİB-in tabeliyində olan “X*0”-nin *6.08.2024-cü il tarixli *8-*-*5/2-964/2024 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış xx.xx.2008-ci il tarixdə vəfat etmiş X2 ölümü ilə bağlı onların müəssisəsinə müraciət edilməmiş və bu barədə ölüm şəhadətnaməsi verilməmişdir. Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxsnə X2 ölümünün qeydiyyata alınması barədə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə həmin tarixli 3-*6-5/8-*5-Ş-***7/2024 №li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün vətəndaşa aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində aşağıdakı sözlər yazılmışdır: “X4 *975-2008”. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla *0.0*.*975-ci ildə doğulmuş X2 xx.xx.2008-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *0.0*.*975-ci il təvəllüdlü X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar