Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3606/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) – mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Xəzər rayon qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixli, 952 saylı akt qeydi ilə bağlanmış nikah qeydiyyatının pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmənin hansı “xüsusi icraat qaydasında işlər”ə baxması MPM-nin 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. Ərizəçinin ərizəsindən müəyyən etdim ki, ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması”ni xahiş etmişdir. Lakin hazırki, mülki işə xüsusi icraat qaydasında baxılmalı deyil, iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-23.1 –ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. İş materillarından müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2015-ci il tarixdə nikaha girmiş və həmin nikahdan xx.xx.2016-cı il təvvəlüdlü X1, xx.xx.2017-ci il təvvəlüdlü X2 və xx.xx.2021-ci il təvvəlüdlü X3 adlı evladları dünyaya gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Qanunvericiliyin tələbindən göründüyü kimi nikahın pozulması barədə iddia tələbləri xüsusi icraat qaydasında baxılan icraatla əhatə olunmur: "Belə ki, yetkinlik yaşına çatmayan uşaqları olan ər-arvadın və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Digər tərəfdən, nikahın davam etdirilməsi ilə bağlı məsələ "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tənzimlədiyi məsələlər dairəsinə düşsə də, nikahın pozulması məhkəmənin səlahiyyəti daxilində olmaqla, iddia icraatı qaydasında məhkəmə qətnaməsi əsasında mümkündür. Belə olan halda, ərizəçi nikahın pozulması barədə mediasiya prosesi nəticəsində razılığa gəlmiş olsalar belə, müvafiq barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə deyil, nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə nikahın pozulması barədə iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu yer üzə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında ərizənin qəbul edilməsindən imtina edilməsini müəyyən edən konkret norma olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsinə dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, ərizəçinin xüsusi icraat qaydasında ərizəsi, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsini müəyyən edən normaların tətbiq edilməsi ilə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) - mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması barədə ərizəsi yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə ərizəçiyə nikahın pozulması barədə iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu yer üzə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-3606/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3606/2023
21.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver