Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3621/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs olmaqla məhkəməyə ərizə ilə müraciət edərək 02.06.*927-ci il təvəllüdlü anası X2 03.04.*994-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.*962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum anası X5 02.07.*927-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum anası 03.04.*994-cü il tarixdə xəstəliyi ilə bağlı 67 yaşında evdə olarkən qəflətən vəfat etmişdir. Evə həkim gələnə kimi mərhum anası artıq vəfat etmişdir. Anası vəfat etdikdən sonra onu qohum və qonşuların iştirakı ilə Nardaran qəbirstanlığında dəfn etmişlər. Hal-hazırda onun mərhum anasının ölüm haqqında şəhadətnaməsi sənədləşdirilmə ilə bağlı ona lazımdır. O, bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Ərizəçi məhkəmə iclasında ərizəsi üzrə izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadankeçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 izahatında bildirdi ki, o, ərizəçinin qonşusu olmasa da eyni kənddəndirlər. X* *994-cü ildə rəhmətə gedib. Mərhum Nardaran qəsəbəsində dəfn edilib. Yas mərasimində iştirak edib. Məhkəmədə şahid qismində dindirilən X8 izahatında bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçi ilə bir yerdə böyüyüblər, birlikdə məktəbə gediblər. X* *994-cü ildə vəfat edib. Mərhum Nardaran qəsəbəsində dəfn edilib. Dəfn mərasimində iştirak edib. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xəzər rayon Mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış *4.09.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin anası X2 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X4 Reyestri Xidməti tərəfindən Xəzər Rayon Məhkəməsinə ünvanlanan 23.**.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.*962-ci il təvəllüdlü Ərizəçi doğumu Maraqlı şəxsndə qeyd alınmışdır. Həmçinin qeyd edilmişdir ki, informasiya sistemində Hürsiyəxanım İbrahimovanın (Rzayeva) doğumu, nikahı və ölümü haqqında akt qeydi aşkarlanmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.*962-ci il təvəllüdlü Ərizəçi atası X7 anası X3r. İş materiallarında olan SSSR pasportunun surətindən görünür ki, X5 *927-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan qəbir üstü abidə fotoşəkilindən görünür ki, X** 02.07.*927-ci ildə anadan olmuş və 03.04.*994-cü ildə vəfat etmişdir. İş materiallarında olan Sabunçu rayon Nardaran bələdiyyəsi tərəfindən verilmiş *5.09.2023-cü il tarixli *82/23 saylı arayışdan görünür ki, X** 03.04.*994-cü il tarixdə vəfat etmiş və Nardaran qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Xəzər Rayon Məhkəməsinə ünvanladığı *4.09.2023-cü il tarixli, 385 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yaşamış 02.06.*927-ci il təvəllüdlü Rzayeva Hürsiyəxanım (Qursiyə) Heydər qızının 03.04.*994-cü il tarixdə ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxsin yaxınları gec müraciət etdiyi üçün 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası TQS№*06 verilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin anası olmuş və 03.04.*994-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X2 03.04.*994-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 02.06.*927-ci il təvəllüdlü X2 03.04.*994-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3621/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3621/2023
20.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver