Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-363/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri 0*.07.*958-ci il təvəllüdlü X2 02.*0.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, 0*.07.*958-ci il təvəllüdlü əri X4 02.*0.2024cü il tarixdə 66 yaşında vəfat etmişdir.Vəfat edənə qədər onunla bir ünvanda yaşamışdır.*980-ci ildə nikaha daxil olublar.Əri evdə vəfat etmişdir.Qala qəbrstanlığlığında dəfn olunmuşdur.Dəfn mərasimində qohumlar və qonşular da iştirak etmişdir. Onun ölüm haqqında şəhadətnaməsini almaq üçün qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olması bildirilib.Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının *85-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilmiş X3 məhkəmə iclasında bildirdi ki, Çiçək onun bacısıdır.Ərinin adı Nazim olmuşdur.Nazim vəfat etmişdir.Dəfnində özü də iştirak etmişdir.Nazim Qala qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbəsi i.ə.d üzrə nümayəndəliyi tərəfindən verilmiş *584 saylı 22.**.2024-cü il tarixli arayışdan görünür ki, X* qəsəbəsi 3 nömrəli zeytun sovxozunda qeydiyyatda olmuşdur və Qala kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan 365639 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 0*.07.*958-ci il tarixində doğulmuşdur. İş materiallarında olan 3-*6-5/8-*5-V-2475/2024 nömrəli *5.*0.2024-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi verilmədiyinə görə ölüm faktını qeydə almaq mümkün olmamışdır.Bu halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə müəyyən olundu ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdənn Məhkəmə hesab edir ki, X2 ölməsi ərizəçinin izahatı, şahidin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0*.07.*958-ci il təvəllüdlü X2 02.*0.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-363/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-363/2025
23.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver