Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3630/2022 08.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, əri, *967-ci il təvəllüdlü X2 *7.07.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri, X6 *7.07.2022-ci il tarixdə uzun sürən xəstəlikdən sonra 55 yaşında Bakı şəhərində ölmüşdür. Əri, *0.04.*967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. *998-ci ildə onlar rəsmi nikaha daxil olmuşlar. Əri ölənədək bir yerdə yaşamışlar. Onun dəfn mərsimində qonşular və qohumlar iştirak etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, əri, X6 qaraciyər serrozu xəstəliyindən əziyyət çəkmiş və xəstəliyi səbəbindən ölmüşdür. Lakin onun ölümü ilə bağlı müvafiq həkim arayışının verilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qızıdır. X* onun atasıdır. Atası sağlığında spirtli içki aludəçisi olmuş və bu səbəbdən onun qaraciyərində serroz əmələ gəlmişdir. Atası, *7.07.2022-ci il tarixdə yaşadığı evdə ölmüşdür. Həmin günü təcili yardım gəlmiş, lakin atasının sənədi olmadığından müvafiq sənədləşmə işləri aparılmamışdır. Ona görə də, müvafiq poliknika tərəfindən atasının ölümü ilə bağlı həkim arayışı verilməmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qızıdır. X* onun atasıdır. Atası sağlığında spirtli içki aludəçisi olmuş və bu səbəbdən onun qaraciyərində serroz əmələ gəlmişdir. Atası, *7.07.2022-ci il tarixdə yaşadığı evdə ölmüşdür. Həmin günü təcili yardım çağırmışlar, lakin təcili yardım gələnə kimi artıq atası ölmüşdür. Atası, Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan H3 seriyalı 536507* nömrəli hərbi biletin surətindən görünür ki, X6 *0.04.*967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Vİ-ЖГ seriyalı 44943* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, *0.04.*967-ci ildə Bakı şəhərində doğulmuş X6 ilə X3 arasında 25.04.*995-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra aravada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayonu Balaxnı Bələdiyyəsi tərəfindən verilmiş 30.**.2022-ci il tarixli arayışdan görünür ki, ərizəçinin mərhum əri X6 *7.07.2022-ci il tarixdə Bakı şəhərində ölmüş və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbirstanlıqda qızı X4 maddi vəsaiti hesabına dəfn olunmuşdur. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi Publik hüquqi şəxs tərəfindən verilmiş 02.*2.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X6, onun *7.07.2022-ci il tarixdə ölməsi haqqında *4 saylı BŞX-dən ölümü təsdiqləyən arayış verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *2.*0.2022-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, əri, X2 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi əri X2 *7.07.2022-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə *0.04.*967-ci ildə Bakı şəhərində doğulmuş X2 *7.07.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *0.04.*967-ci ildə Bakı şəhərində doğulmuş X2 *7.07.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3630/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3630/2022
08.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver