Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3654/2024 02.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhərində 12 saylı Mediasiya Təşkilatında imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/12/2023-00572 nömrəli barışıq sazişinin Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 mənafeyini, əvvəlki təminatlarını və yaşayışlarını nəzərə alaraq 2023-cü ilin avqust ayının 1-dən başlayaraq hər ayın 05-ə qədər 1300 (bir min üç yüz) manat aliment məbləğini Ərizəçi hesabına keçirməsi ilə bağlı 5-ci şərtinin təsdiq edilməsi, həmçinin Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 bütün dayə, özəl bağça və məktəbəqədər xərclərini, gələcəkdə yaranacaq məktəb və universitet xərclərini tam olaraq ödəməyi öhdəsinə götürməsi ilə bağlı barışıq sazişinin 6-cı bəndində nəzərdə tutulan dayəyə ödəniləcək əmək haqqı, uşaq(lar) üçün xidmətlərindən yararlanacaq özəl bağçat(lar)ın illik və aylıq xərcləri, məktəbəqədər xərclər, özəl məktəbdə təhsil alacağı təqdirdə özəl məktəbin illik xərclərinin ödənilməsi barədə olan 6-cı bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişi imzalanmışdır. Barışıq sazişi ilə tərəflər əmlak bölgüsü, aliment tələbi, uşaqla ünsiyyətlə bağlı qarşılıqlı razılığa gəlmişlər. Barışıq Sazişinə əsasən aşağıdakılar barədə tərəflər qarşılıqlı razılığa gəlmişlər:
1. Tərəflər xx.xx.2016-ci il tarixli nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər.
2. Tərəflərin birgə nikahdan doğulan övladları xx.xx.2018-ci il təvəllüdlü DəmirovaSevda Əlixan qızı, xx.xx.2021-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalır.
3. Maraqlı şəxs birgə nikahdan doğulan övladları xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X4 ilə Ərizəçi ağlabatan müddətdə əvvəlcədən məlumat verməklə və uşaqların mənafeyi nəzərə alınmaqla heç bir maneə olmadan istədiyi zaman görüşmək hüququna malikdir.
4. Tərəflər qarşılıqlı razılıq əsasında, əvvəlcədən razıilaşdırılmaqla və ağlabatan müddətdə valideynlərdən biri digərinə məlumat verməklə xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 18 yaşına çatanadək ölkə xaricinə çıxarılmalarına dair birbirlərinə etibarnamə vermək öhdəliyini öz üzərlərinə götürürlər.
5. Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 təhsilini, mənafeyini, əvvəlki təminatlarını və yaşayışlarını nəzərə alaraq 2023-cü ilin avqust ayının1-dən başlayaraq hər ayın 05-ə qədər 1300 (bir min üç yüz) manat aliment məbləğini Ərizəçi hesabına keçirməyi öz öhdəsinə götürür.
6. Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 bütün dayə, özəl bağça və məktəbəqədər xərclərini, gələcəkdə yaranacaq məktəb və universitet xərclərini tam olaraq ödəməyi öhdəsinə götürür. 6-cı bənddə qeyd olunan xərclər dedikdə dayəyə ödəniləcək əmək haqqı, uşaq(lar) üçün xidmətlərindən yararlanılacaq özəl bağça(lar)ın illik və aylıq xərcləri, məktəbəqədər xərclər, özəl məktəbdə təhsil alacağı təqdirdə özəl məktəbin illik xərcləri nəzərdə tutulur.
7. Birgə nikah dövründə alınan, Maraqlı şəxs adına rəsmiləşdirilmiş, hal-hazırda ipotekada olan Xəzər rayonu, Buzovna qəs., Ə.Ağayev küç., ev. 13-ün aylıq 300 (üç yüz) manat kredit borcunu Maraqlı şəxs ödəməyi öz öhdəsinə götürür.
8. Birgə nikah dövründə alınan, Maraqlı şəxs adına rəsmiləşdirilmiş, Xəzər rayonu, Buzovna qəs., Ə.Ağayev küç., ev.13-ün kredit borcu bitdikdən sonra evin Ərizəçi adına DƏDRX-də rəsmiləşdiriləcəyinə dair tərəflər öz üzərinə öhdəlik götürürlər. Maraqlı şəxs Xəzər rayonu, Buzovna qəs., Ə.Ağayev küç., ev 13-də yerləşən əmlaka dair hər hansı iddia irəli sürməyəcək.
9. Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X4 ilə birlikdə birgə nikah dövründə alınan Xəzər rayonu, Buzovna qəs., Ə.Ağayev küç., ev.13də yaşayırlar.
10. Yay və qış tətilləri zamanı Maraqlı şəxs Ərizəçi ağlabatan müddətdə məlumatlandırrlmaqla və uşaqların mənafeyi nəzərə alınmaqla, xx.xx.2018-ci il X6, xx.xx.2021-ci il təvəllüdlü X4 ilə birlikdə ağlabatan müddətdə Azərbaycan Respublikası ərazisində yaşamaq və həmçinin xarici ölkəyə getmək hüququ vardır.
11. Ərizəçi birgə nikah dövründə alınan, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 21, mənzil 25-ə dair hər hansı tələbi və iddiası yoxdur. Tərəflər arasında imzalanmış barışıq sazişinin 1-ci bəndinə əsasən tərəflər xx.xx.2016-cı il tarixli nikahlarının məhkəmə qaydasında pozulmasına etiraz etmədiklərini bildirmişlər və bununla bağlı məhkəməyə müraciət etmişlər. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin N- e-2(006)-3662/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması qət edilmişdir. Tərəflər arasında olan xx.xx.2023cü il tarixli barışıq sazişinin alimentlə əlaqəli olan 5-ci şərti cavabdeh Maraqlı şəxs tərəfindən icra edilmir. Bununla yanaşı barışıq sazişinin dayə və özəl bağça xərclərinin ata tərəfindən ödənilməsini nəzərdə tutan 6-cı bəndi də Maraqlı şəxs tərəfindən icra edilmir. Belə ki, Ərizəçi tərəfindən uşaqlara dayə tutulmuş və onun xərcləri onun özü tərəfindən qarşılanmışdır. Həmçinin, hazırda Ərizəçi tərəfindən uşaqlar bağçaya yazılacaqdır. Bağça tərəfindən Maraqlı şəxsla ödənişlə bağlı əlaqə saxlamağa çalışsalar da o, bu istiqamətdə heç bir addım atmamışdır. Aylıq aliment məbləğini və dayə xərclərini ödəmədiyinə görə, hesab edirik ki, Maraqlı şəxs gələcəkdə yaranacaq uşaqların bağça və təhsil xərclərinin də ödənilməsindən yayınacaqdır. Bu səbəbdən də barışıq sazişinin qeyd edilən bəndinin də təsdiq edilməsini zəruri hesab edirik. Belə ki, Barışıq Sazişinin 6-cı maddəsinə əsasən Sazişin könüllü icrasında imtina edilərsə Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Daha sonra Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhərində 12 saylı Mediasiya Təşkilatında imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/12/2023-00572 nömrəli barışıq sazişinin Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 mənafeyini, əvvəlki təminatlarını və yaşayışlarını nəzərə alaraq 2023-cü ilin avqust ayının 1-dən başlayaraq hər ayın 05-ə qədər 1300 (bir min üç yüz) manat aliment məbləğini Ərizəçi hesabına keçirməsi ilə bağlı 5-ci şərtinin təsdiq edilməsi, həmçinin Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 bütün dayə, özəl bağça və məktəbəqədər xərclərini, gələcəkdə yaranacaq məktəb və universitet xərclərini tam olaraq ödəməyi öhdəsinə götürməsi ilə bağlı barışıq sazişinin 6-cı bəndində nəzərdə tutulan dayəyə ödəniləcək əmək haqqı, uşaq(lar) üçün xidmətlərindən yararlanacaq özəl bağçatlar)ın illik və aylıq xərcləri, məktəbəqədər xərclər, özəl məktəbdə təhsil alacağı təqdirdə özəl məktəbin illik xərclərinin ödənilməsi barədə olan 6-cı bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan MŞB/12/2023-00572 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişin məzmunuda qeyd edilmişdir ki,
1. Tərəflər xx.xx.2016-ci il tarixli nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər.
2. Tərəflərin birgə nikahdan doğulan övladları xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalır.
3. Maraqlı şəxs və valideynləri xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X4 ilə Ərizəçi ağlabatan müddətdə əvvəlcədən məlumat verməklə və uşaqların mənafeyi nəzərə alınmaqla heç bir mancə olmadan istədiyi zaman görüşmək hüququna malikdirlər.
4. Tərəflər qarşılıqlı razılıq əsasında, əvvəlcədən. razilaşdırılmaqla və ağlabatan müddətdə valideynlərdən biri digərinə məlumat verməklə xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 18 yaşına çatanadək ölkə xaricinə çıxarılmalarına dair birbirlərinə etibarnamə vermək öhdəliyini öz üzərlərinə götürürlər.
5. Maraqlı şəxs xx.xx.2018-ci it təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 mənafeyini, əvvəlki təminatlarını və yaşayışlarını nəzərə alaraq 2023-cü ilin avqust ayının 1-dən başlayaraq hər ayın 05-ə qədər 1300 (bir min üç yüz) manat aliment məbləğini Ərizəçi hesabına keçirməyi öz öhdəsinə götürür.
6. Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 bütün dayə, özəl bağça və məktəbəqədər xərclərini, gələcəkdə yaranacaq məktəb və universitet xərclərini tam olaraq ödəməyi öz öhdəsinə götürür. 6-cı bənddə qeyd olunan xərclər dedikdə dayəyə ödəniləcək əmək haqqı, uşaq(lar) üçün xidmətlərindən yararlanılacaq özəl bağçatlarlın illik və aylıq xərcləri, məktəbəqədər xərclər, özəl məktəbdə təhsil alacağı təqdirdə özəl məktəbin illik xərcləri nəzərdə tutulur.
7. Birgə nikah dövründə alınan, Maraqlı şəxs adına rəsmiləşdirilmiş, hal-hazırda ipotekada olan Xəzər rayonu, Buzovna qəs., Ə.Ağayev küç., ev.13-ün aylıq 300 (üç yüz) manat kredit borcunu Maraqlı şəxs ödəməyi öz öhdəsinə götürür.
8. Birgə nikah dövründə alınan, Maraqlı şəxs adına rəsmiləşdirilmiş, Xəzər rayonu, Buzovna qəs., Ə.Ağayev küç,, ev.13-ün kredit borcu bitdikdən sonra evin X5 adına DƏDRX-də rəsmiləşdiriləcəyinə dair tərəflər öz üzərinə öhdəlik götürürlər. Maraqlı şəxs Xəzər rayonu, Buzovus qəs., Ə.Ahayev küç., ev.13-də yerləşən əmlaka dair hər hansı iddia irəli sürməyəcək.
9. Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X4 ilə birlikdə birgə nikah dövründə alınan Xəzər rayonu, Buzovna qəs., Ə.Ağayev küç., ev.13-də yaşayırlar.
10. Yay və qış tətilləri zamanı Maraqlı şəxs Ərizəçi ağlabatan müddətdə məlumatlandırmaqla və uşaqların mənafeyi nəzərə alınmaqla, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X4 ilə birlikdə ağlabatan müddətdə Azərbaycan Respublikası ərazisində yaşamaq və həmçinin xarici ölkəyə getmək hüququ vardır.
11. Ərizəçi birgə nikah dövründə alınan, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 21, mənzil 25-ə dair hər hansı tələbi və iddiası yoxdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3662/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 10 sentyabr 2016-cı il tarixdə Səadət Sarayı Bakı nikah evində bağlanmış və 792 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişinin 5 və 6 bəndinə əsasında - Maraqlı şəxs xx.xx.2018-ci it təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 mənafeyini, əvvəlki təminatlarını və yaşayışlarını nəzərə alaraq 2023-cü ilin avqust ayının 1-dən başlayaraq hər ayın 05-ə qədər 1300 (bir min üç yüz) manat aliment məbləğini Ərizəçi hesabına keçirməyi öz öhdəsinə götürür. - Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 bütün dayə, özəl bağça və məktəbəqədər xərclərini, gələcəkdə yaranacaq məktəb və universitet xərclərini tam olaraq ödəməyi öz öhdəsinə götürür. 6-cı bənddə qeyd olunan xərclər dedikdə dayəyə ödəniləcək əmək haqqı, uşaq(lar) üçün xidmətlərindən yararlanılacaq özəl bağçatlarlın illik və aylıq xərcləri, məktəbəqədər xərclər, özəl məktəbdə təhsil alacağı təqdirdə özəl məktəbin illik xərcləri nəzərdə tutulur. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin 5 və 6-cı bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/12/2023-00572 saylı xx.xx.2023cü il tarixli barışıq sazişi təsdiq edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhərində 12 saylı Mediasiya Təşkilatında imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/12/2023-00572 nömrəli barışıq sazişinin Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 mənafeyini, əvvəlki təminatlarını və yaşayışlarını nəzərə alaraq 2023-cü ilin avqust ayının 1-dən başlayaraq hər ayın 05-ə qədər 1300 (bir min üç yüz) manat aliment məbləğini Ərizəçi hesabına keçirməsi ilə bağlı 5-ci bəndi, həmçinin Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 bütün dayə, özəl bağça və məktəbəqədər xərclərini, gələcəkdə yaranacaq məktəb və universitet xərclərini tam olaraq ödəməyi öhdəsinə götürməsi ilə bağlı barışıq sazişinin 6-cı bəndi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/12/2023-00572 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 mənafeyini, əvvəlki təminatlarını və yaşayışlarını nəzərə alaraq 2023-cü ilin avqust ayının 1-dən başlayaraq hər ayın 05-ə qədər 1300 (bir min üç yüz) manat aliment məbləğini Ərizəçi hesabına keçirməsi ilə bağlı 5-ci bəndi, həmçinin Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2 bütün dayə, özəl bağça və məktəbəqədər xərclərini, gələcəkdə yaranacaq məktəb və universitet xərclərini tam olaraq ödəməyi öhdəsinə götürməsi ilə bağlı barışıq sazişinin 6-cı bəndi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zaur Tağıyev