Məhkəmə qərarları › İş №2(003)-3712/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3712/2023

23.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3712/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası - 20 may *959-cu il təvəllüdlü X4 24 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası - 20 may *959-cu il təvəllüdlü X5 24 sentyabr 2023-cü il tarixdə vəfat edib. Atası astma xəstəsi olub, boğucu öskürəkləri olurdu. Ölüm faktı təcili yardım tərəfindən qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin müəyyən müddət ərzində alınmasından məlumatsız olmuşdur. Qanunla müəyyən olunmuş müddəti ötürdüyündən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, atası - 20 may *959-cu il təvəllüdlü X5 uzun illər idi ki astma xəstəliyindən əziyyət çəkirdi. 24 sentyabr 2023-cü il tarixdə evdə olarkən atasının vəziyyəti pisləşmiş və dünyasını dəyişmişdir. Təcili tibbi yardım çağırmışlar, lakin nəticədə ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid X3 bildirmişdir ki, X5 onun əri olmuşdur. Ərizəçi 24 sentyabr 2023-cü il tarixdə səhər saatlarında dünyasını dəyişmişdir. İlk olaraq baldızını çağırmış, mərhum Şvəlan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X9 bildirmişdir ki, mərhum X5 onun qonşusu olmuşdur. 24 sentyabr 2023-cü il tarixdə səhər saatlarında eşitmişdir ki, Ərizəçi dünyasını dəyişmişdir. Mərhumun dəfn, eləcə də yas mərasimlərində iştirak etmişdir. İş materiallarından görünür ki, Ərizəçi 26 avqust 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X*r. İş materiallarında olan “Təcili və X7 Stansiyasının” 24 sentyabr 2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 xx.xx.2023-cü il tarixində evdə ölmüşdür və bu barədə “həkimə qədər ölüm” qeydiyyatı aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 28 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X** “Bakı Baş Səhiyyə Mərkəzi” X** 45 nömrəli şəhər poliklinikasının 28 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, mərhum 20.05.*959-cü il təvəllüdlü, X5 xx.xx.2023-cü il tarixində evdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən “həkimə qədər ölüm” qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən “ölüm haqqında şəhadətnamənin” №AZS-*06 verilməsinə imtina edilmişdir və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin 23 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, X5 24 sentyabr 2023 cü il tarixdə vəfat etmişdir və o yaxın qohumlarının ətrafında Şüvəlan qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı: bənd 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; bənd 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər; bənd 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır; bənd 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir; bənd 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Hazırkı ərizə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədədir və bu sahədə formalaşmış hüquqi mexanizm ondan ibarədir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikdə isə bu fakt məhkəmə tərəfindən müəyyən edilir və bu barədə ərizəyə ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi, həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar, eyni zamanda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) əlavə edilməlidir. İşin faktiki halları isə ondan ibarət olmuşdur ki, ərizəyə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı sübutlar əlavə olunmuş, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl ölümün qeydə alınması barədə ölüm faktını qeydə alınması barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan müvafiq orqana müraciət olunmuş, lakin ölümü təsdiq edən sənədin olmaması səbəbindən faktın qeydə alınmasından imtina edilmişdir. Həmçinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X** “Bakı Baş Səhiyyə Mərkəzi” X** 45 nömrəli şəhər poliklinikasının 28 sentyabr 2023-cü il tarixli məktubu ilə Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən “ölüm haqqında şəhadətnamənin” №AZS-*06 verilməsinə imtina edilmişdir və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün bütün şərtlər mövcud olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, X4 24 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X4 24 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar