Məhkəmə qərarları › İş №2(003)-3714/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3714/2025

03.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3714/2025 03.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edillməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edillməklə ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 dünyaya gəlmişdi. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. O “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması, aliment və əmlak” tələbi ilə mediasiyaya müraciət etmiş və maraqlı şəxslə arasında xx.xx.2023-cü il tarixdə Barışıq Sazişi imzalanmışdır. Həmin Sazişin şərtlərinə əsasən Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat məbləğində alimenti hər ayın 10-a qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin maraqlı şəxs alimenti ödəməmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-3058/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2018-ci il tarixdə 5 saylı “ASAN” Xidmət Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, ödənilmiş dövlət rüsumuna görə 25 manat və mediasiya xərcinə görə 25 manat məbləğində pul vəsaitinin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan AZ-İ seriyalı 476499 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah Xəzər Rayon Məhkəməsinin 2(003)-3058/2023 saylı qətnaməsi ilə pozulmuş və nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, həmin barışıq sazişi Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) aşağıdakı şərtlərlə bağlanmışdır: Ata Maraqlı şəxs övladları X4 və X1 anaları Ərizəçi himayəsində saxlanılmasına razılıq verir. Ata Maraqlı şəxs övladlarının saxlanılması üçün ana Ərizəçi hər uşağa görə hər ay 220 manat olmaqla, ümumilikdə 440 manat aliment ödəyəcəyinə dair öhdəlik götürür. Aliment hər ayın 1-dən 10-dək Maraqlı şəxs tərəfindən Ərizəçi nağd formada ödəniləcəkdir. Alimentin ödənilməsi xx.xx.2023-cü il tarixindən hesablansın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmədə müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində birgə nikahdan anadan olan X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 10-a qədər Maraqlı şəxs Ərizəçi hər uşağa görə hər ay 220 manat olmaqla, ümumilikdə 440 manat aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-235 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin:

1. Ata Maraqlı şəxs övladları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 ana Ərizəçi himayəsində saxlanılmasına razılıq verir.

2. Tərəflərin birgə nikahdan anadan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 10-a qədər nağd formada Maraqlı şəxs Ərizəçi hər uşağa görə hər ay 220 manat olmaqla, ümumilikdə 440 manat aliment ödəyəcəyinə dair öhdəlik götürür.

3. Aliment ödənişi xx.xx.2023-cü il tarixindən hesablanır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar