Məhkəmə qərarları › İş №2(003)-3715/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3715/2025

04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3715/2025 04.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26.07.*980-ci il təvəllüdlü X* ** avqust 2025-ci il tarixdə dünyasını dəyişməsi və cavabdeh Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsi tərəfindən ölüm qeydiyyata alınmaqla ölüm şəhadətnaməsinin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Ərizəçi mərhum həyat yoldaşı X* ölümünü qeydiyyata alınması barədə **.08.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı 3*.*0.2003-cü il tarixli qərarı ilə təstiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyatı “Qaydası”nm 8.5-ci bəndinə əsasən ölüm faktını təstiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alma bilər. Ölümü təstiq edən sənəd olmamasını nəzərə alaraq,qeydiyyat şöbəsinin ərizəni təmin etməməsi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunan Buzovna Bələdiyyəsi tərəfindən verilən arayışdan göründüyü kimi Ərizəçi ondan ötəri ki, onun həyat yoldaşı X4 ** avqust 2025-ci il tarixdə dünyasını dəyişmiş və Xəzər Rayon Buzovna qəbirsanlığmda dəfn edilmişdir. Azərbaycan Respublikası Tibb Ərazi Bölmələrinin Birliyi Hüquqi şəxs Bakı Baş Səhiyyə X7 şəxs 4 nömrəli Birləşmiş xəstəxanasının 22 avqust 2025-ci il tarixli məktubundan göründüyü kimi 26.07.*980-ci il təvəllüdlü X4 APPRO Hospital MMC-yə müraciət etmişdir. APPRO Hospital MMC tərəfindən **.08.2025-ci il tarixdə saat *5:00 da ölüm faktı qeydə alınması barədə arayış verilmişdir. Vəfat etmiş şəxsin ölüm səbəbi məlum olmadığına görə ona sahə həkimi tərəfindən TQS3*06 verilməsindən imtina edilmşdir. Mərhumun adma olan əmlakın qəbul,edilməsi ilə bağlı Notariat orqanı ölüm şəhadətnaməsini istəyir və müvafiq orqanların imtinalarından göründüyü kimi şəhadətnamənin alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Ərizəçi 22.*0.2025-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X* Bakı şəhəri, Suraxanı rayonu, Yeni suraxanı qəsəbəsi, Mərkəzi küçə 4T ünvanında yerləşən APPRO Hospitalda vəfat etdiyini və bunu təsdiq edən sübutları iş materiallarına əlavə etdiyini qeyd etmişdir. Beləliklə, ərizəçi 26.07.*980-ci il təvəllüdlü X* ** avqust 2025-ci il tarixdə dünyasını dəyişməsi və cavabdeh Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsi tərəfindən ölüm qeydiyyata alınmaqla ölüm şəhadətnaməsinin verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və tələbini müdafiə edərək, onun təmin olunması xahiş etmişdir. O, izahatında əlavə olaraq, vəfat etmiş şəxs X* onun arvadı olduğunu, mərhumun vəfat etdiyi gün özünü pis hiss etdiyini, hətta huşsuz olduğunu, təcili tibbi yardıma zəng etdiyini, lakin gec gəldiklərinə görə həyat yoldaşını ən yaxın hospitala – Appro Hospitala apardığını, lakin orada həyat yoldaşının oksigen çatışmazlığından beyin ölümü keçirdiyini, tibbi şəhadətnaməni isə dövlət xəstəxanasından almalı olduğunu bildirdiklərini, daha sonra özünün Binə qəsəbəsindəki xəstəxanaya yaxınlaşdığını lakin vəfat edən şəxsin həmin xəstəxanada qeydiyyatı olmadığına görə şəhadətnamənin verilmədiyini, Səhiyyə Nazirliyinə məlumat verdiyini, onlardan da müsbət cavab almadığını, mərhumun Buzovna qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edildiyini qeyd etmişdir.

5. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında mərhum X3 qonşusu olduğunu, onun vəfat etdiyi vaxtı dəqiq xatırlamadığını, yas mərasimində iştirak etdiyini, Səhiyyə Nazirliyinə ərizəçi ilə birlikdə getdiyini, mərhumun Buzovna qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edildiyini bildirmişdir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Şahid izahatında mərhumun qonşusu olduğunu, onun xəstəxanaya yerləşdirilmə prosesində iştirak etdiyini, X* Appro Hospitalda vəfat etdiyini və dəfn edilməsi üçün Buzovna qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edildiyini bildirmişdir.

7. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

8. *9.08.2025-ci il tarixli Appro Hospital MMC TTTY şöbəsinin kartasından çıxarışdan görünür ki, 26.07.*980-ci il təvəllüdlü X4 **.08.2025-ci il tarixdə yaxınları tərəfindən hospitala gətirilmiş, lakin aktiv müayinənin nəticələri əsasında müəyyən edilmişdir ki, onda heç bir həyat fəaliyyəti yoxdur. Saat *5:00-da xəstə vəfat etmişdir.

9. Appro Hospital MMC-nin **.08.2025-ci il tarixli, 85 nömrəli arayışından görünür ki, 26.07.*980-ci il təvəllüdlü X2 **.08.2025-ci il tarixində saat *5:00-da bioloji ölüm faktı qeyd edilmişdir.

10. AZ-İ seriyalı 05**25 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X4 29 iyul 2003-cü il tarixdə Naxçıvan MR, Şərur rayon VADQ şöbəsinin *65nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Nəcəfov, arvada Nəcəfova soyadı verilmişdir.

11. “Bakı Baş Səhiyyə Mərkəzi” X9 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2025-ci il tarixli *8-*-*-99/2-389/2025 məktubundan görünür ki, 26.07.*980-ci il təvəllüdlü X4 **.08.2025-ci il tarixində saat *5:00-da ölüm faktının qeydə alınması barədə Appro Hospital MMC tərəfindən arayış verilmişdir. Ölüm səbəbi məlum olmadığından ona sahə həkimi tərəfindən AZS № - *06 verilməsindən imtina edilmişdir.

12. Bakı şəhəri Buzovna bələdiyyəsinin *9.08.2025-ci il tarixli, 435 nömrəli arayışından görünür ki, X4 ** avqust 2025-ci il tarixində vəfat etmiş və mərhum Buzovna qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.

13. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-*6-5/7-*5-*479 saylı məktubundan görünür ki, X* ölümü faktını təsdiq edən tibbi şəhadətnamə və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun ölüm faktının dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

14. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır.

15. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

16. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının

19. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

20. 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

21. 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir.

23. Məhkəmə iddia tələbinin ölüm faktının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində Ərizəçi həyat yoldaşı (arvadı) *6.07.*980-ci il təvəllüdlü X4 ** avqust 2025-ci il tarixdə Bakı şəhərində yerləşən Appro Hospital MMC vəfat etməsi və Buzovna qəsəbə qəbirstanlığında dəfn olunması müəyyən edilmişdir. Lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından Maraqlı şəxs tərəfindən X* ölümünün qeydiyyata alınması mümkün olmamış, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırılması zamanı tədqiq edilən və sübut qismində qiymətləndirilən şahid ifadələri ilə də *6 iyul *980-ci il təvəllüdlü X* **.08.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Buzovna qəsəbə qəbirstanlığında dəfn olunması faktı öz təsdiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

24. Məhkəmə iddia tələbinin Qeydiyyat şöbəsinin üzərinə öhdəlik qoyulmasına münasibətdə qeyd edir ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktları müəyyən edir (şəxsin doğulması, ölməsi və sair faktları). Qeyd olunan hallar arasında qeydiyyat şöbəsinin üzərinə ölümün qeydiyyata alınmasının öhdəlik olaraq qoyulması nəzərdə tutulmamışdır. MPM-in 3**-ci maddəsinin tələbinə əsasən də, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsas hesab edilir. Yəni, hazırki qətnamə hər hansı göstərişin verilməsindən asılı olmayaraq, özlüyündə qeydəalınma üçün əsas təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi ölümün qeydə alınmasının Qeydiyyat şöbəsinə həvalə edilməsi hissəsində təmin edilməməlidir.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, 26.07.*980-ci il təvəllüdlü X* **.08.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə

Qət etdi

Ərizə qismən təmin edilsin. 26.07.*980-ci il təvəllüdlü X* **.08.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar