Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3739/2025 22.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onunla Maraqlı şəxs yanvar 2024-cü il tarixdən başlayaraq hər ay 220 manat alimenti ödəməsi barədə bağlanmş xx.xx.2023-cü il tarixli, MSB/2-04009 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, MSB/2-04009 saylı barışıq sazişinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X9 anası Danış (Əsgərova) Pərvanə Ələkbər qızının himayəsində saxlanılmışdır. Tərəf Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin yanvar ayından başlayaraq hər ay 220 manat pul məbləğində alimenti anaları Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Barışıq sazişinin təsdiq edilməsi zərurəti yarandığı üçün məhkəməyə müraciət etməli olmuşdur.
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli, MSB/2-04009 saylı barışıq sazişinin 1-ci və 2-ci bəndlərinin nikahın pozulması ilə bağlı olduğundan və həmin hissələrlə bağlı məsələ Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-484/2025 saylı qətnaməsi ilə həllini tapdığı üçün həmin hissələrin təsdiq olunmasına zərurət olmadığının nəzərə alınmasını xahiş emtişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərarla ərizə iş materiallarına əlavə edilmişdir.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, onu müdafiə etdiyini və ərizəsinin təmin olunmasını xahiş etdi. O, izahatında həmçinin, tərəflər arasında rəsmi nikahın Xəzər rayon məhkəməsinin 2(003)-484/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulduğunu, onlar arasında barışıq sazişi olsa da cavabdehin sazişin şərtlərini könüllü olaraq yerinə yetirməyərək aliment ödəməkdən yayındığını, onun bu günə kimi uşaqların saxlanılmasında iştirak etmədiyini, sazişdə yer alan nikahın pozulmasına dair hissələrlə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan yalnız digər bəndlərin təsdiqinə ehtiyac yarandığını, ona görə məhkəməyə müraciət etməyə məcbur qaldığını bildirmiş, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
6. Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X13 tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, MSB/2-04009 nömrəli Barışıq Sazişinin şərtlərinə əsasən: 1.Tərəflər aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə razılığa gəldilər. 2. Tərəflər razılığa gəldilər ki, aralarında Bakı nikah evində 08 oktyabr 2010-cu il tarixdə bağlanmış, akt qeydləri kitabında 2429 nömrə ilə qeydə alınmış nikahın pozulması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etsinlər. 3. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X6 anası X16 himayəsində saxlanılsın. 4. Tərəflər razılığa gəldilər ki birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X2 18 yaşa qədər saxlanılması üçün Maraqlı şəxs yanvar 2024-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat alimenti X16 bank hesabına ödəsin. 5. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs oğlu xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə yanvar 2024-cü il tarixdən başlayaraq hər həftənin şənbə günləri səhər saat 10:00-dan axşam saat 21:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaqla görüşsün.
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xitməti xx.xx.2025-ci il tarixli elektron məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1987-ci il təvəllüdlü X35 sonuncu dəfə olduğu yer üzrə ünvan 1 ünvanına qeydiyata alınmışdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-484/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Əsgərova (Danış) Pərvanə Ələkbər qızı ilə X20 arasında xx.xx.2010-cu il tarixdə Bakı Nikah evində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2429 saylı qeyd edilmiş nikah pozulmuşdur.
9. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-484/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onunla maraqlı şəxs arasındakı rəsmi nikah pozulduğu üçün sazişin həmin hissələrinin təsdiq olunmasına zərurət olmadığı qeyd edilmişdir.
Tətbiq edilən hüquq:
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
10. 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
11. 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
12. 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır.
13. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
14. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəməyə verilir.
15. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
16. 355-26-cı maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X10 doğulmuş, tərəflər arasında xx.xx.2023-cü il tarixli, MSB/2-04009 nömrəli Barışıq Sazişi bağlanmış, Xəzər Rayon Məhkəməsinin 2(003)-484/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflə arasında rəsmi nikah pozulmuşdur. Barışıq sazişi əsasında Maraqlı şəxs Ərizəçi uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü il yanvar tarixindən başlayaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment (hər ayın sonuncu günündən gec olmayaraq) ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini könüllü qaydada yerinə yetirməmişdir.
19. Məhkəmə hesab edir ki, sözügedən xx.xx.2023-cü il tarixli, MSB/2-04009 nömrəli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Bununla belə sazişin 1 və 2-ci bəndləri (nikahın pozulması) ilə bağlı artıq qanuni qüvvəyə minmiş və icra edilmiş məhkəmə qətnaməsi olduğundan barışıq sazişinin həmin bəndlərinin təsdiq edilməsinə zərurət yoxdur.
20. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılaraq mediator X13 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MSB/2-04009 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış və mediator X13 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MSB/2-04009 nömrəli Barışıq sazişi təsdiq edilsin: - 1. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X6 anası X16 himayəsində saxlanılsın; - 2. Tərəflər razılığa gəldilər ki birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X2 18 yaşa qədər saxlanılması üçün Maraqlı şəxs yanvar 2024-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat alimenti X16 bank hesabına ödəsin; - 3. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs oğlu xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə yanvar 2024-cü il tarixdən başlayaraq hər həftənin şənbə günləri səhər saat 10:00-dan axşam saat 21:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaqla görüşsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ərizəçinin özünə adi edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinedən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov