Məhkəmə qərarları › İş №2(003)-3743/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3743/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3743/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi *3.*0.*955-ci il təvəllüdlü atası X* xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası *3.*0.*955-ci il təvəllüdlü X3 Bakı şəhərində doğulmuşdur. Atası xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Zirə südçülük ərazisində özlərinə məxsus fərdi yaşayış evində vəfat etmişdir. Rəhmətə gedərkən Təcili və X4 *03 xidmətinə müraciət etmişlər. Həkim gələrək atasının rəhmətə getməsi ilə bağlı arayış təqdim etmişlər. Atası Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığında dəfn etmişlər. Ölüm şəhadətnaməsi almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişlər. Ancaq onlar imtina etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, atasının ağciyər problemi olmuşdur. Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, ərizəçinin xalası qızıdır. Ərizəçinin atası xəstə olmuşdur. Neçə vaxtdır ki, xəstəlikdən əziyyət çəkmişdir. Vəfat edərkən onlara zəng etmişlər və o da oraya getmişdir. Dəfndə və yas mərasimində iştirak etməmişdir. Suraxanı rayonu Hövsan yolu yaxınlığında dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidin ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; AA2**8748 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 *3.*0.*955-ci il tarixdə anadan olmuşdur. Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə X2 həkiməqədər ölüm qeydə alınmışdır. Zığ Bələdiyyəsi tərəfindən verilmiş *4* saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat edən X3 “Dədə Qorqud” qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs *4.08.2024-cü il tarixli 3-*6-5/8-*5-Q-**42/2024 №li məktubundan görünür ki, X* ölümünün qeydiyyata alınması barədə *4.08.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 45 nömrəli şəhər poliklinikasının *3.08.2024-cü il tarixli *8-*-*-*00/2- *86/2024 saylı məktubdan görünür ki, mərhum *3.*0.*955-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə evdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmişdir. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin AZS-*06 verilməsinə imtina edilmişdir. Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş X-ЖГ seriyalı 4*8045 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*984-cü il tarixdə doğulmuşdur. Onun atası X3, anası X5. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla *3.*0.*955-ci il təvəllüdlü X* xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *3.*0.*955-ci ildə Bakı şəhərində anadan olmuş X* xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar