Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3746/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02.08.20*7-ci il təvəllüdlü mərhum oğlu X* *2.0*.20*4-cü il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-*6-5/8-*5-M-*238/2024 saylı arayışı ilə 02.08.20*7-ci il təvəllüdlü oğlu X* *2.0*.2024-cü ildə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İmtinaya səbəb kimi isə ölümü təsdiq edən sənədin olmaması göstərilmişdir. Hesab edir ki, maraqlı tərəfin imtinası əsassız hesab olunmalıdır. Belə ki, Bakı şəhəri Xəzər rayon Zirə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 65 saylı arayışdarı görünür ki, 02.08.20*7-ci il təvəllüdlü X2 *2.0*.20243-cü il tarixdə vəfat etmiş və Zirə qəsəbəsi Qışlaq qəbrstanlığında dəfn edilmişdir. Bakı şəhəri 45 nömrəli şəhər poliklinikasının *9.08.2024cü il tarixli arayışından görünür ki, 02.08.20*7-ci il təvəllüdlü X2 *2.0*.2024-cü il tarixdə evdə ölmüşdür. BŞT və TTYS-nin *2 saylı bölməsinin həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Poliklinikanın ərazisində qeydiyyatı olmadığından poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin N AZS-*06 verilməsinə imtina edilmişdir. Göründüyü kimi o, lazımı sənədin alınması üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Ölüm haqqında şəhadətnaməsinin alınması ərizəçiyə ona görə zəruridiy ki, mərhum oğlu *-ci dərəcə əlil olduğundan ona təqaüd təyin olunmuşdur. Həmin təqaüdün dayandırılması üçün onun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək, 02.08.20*7-ci il təvəllüdlü mərhum oğlu X* *2.0*.2024-cü il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun keçmiş əridir, mərhum isə oğlu. Oğlu xəstə idi, epilepsiyası var idi, dodağı qaraldı. Anasının məsləhəti ilə uşağı götürüb taksi ilə 5 nömrəli xəstəxanaya apardı, həkim baxıb uşağın vəfat etdiyini bildirdi. Anası inanmadı və “Stimul” klinikasına apardı, orada * saat qaldı, daha sonra vəfat etdiyini bildirdilər. Uşaq xəstə idi, daimi müalicəyə aparırdılar. Hadisə baş verən zaman evdə anası var idi. Digər şahid X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun keçmiş kürəkənidir, mərhum isə nəvəsi. Uşağın halı birdən pisləşdi, dodağı qaraldı. Anası uşağı götürüb xəstəxanaya apardı. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 02.08.20*7-ci ildə anadan olmuşdur, atası Ərizəçi, anası X4r. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Zirə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 65 saylı arayışdan görünür ki, X2 *2.0*.2024-cü ildə vəfat edib və Zirə qəsəbəsi Qışlaq qəbristanlığında dəfn olunub. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs oğlu — X* ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 "Bakı Baş Səhiyyə Mərkəzi" X9 45 Nömrəli Şəhər Poliklinikasi tərəfindən məhkəməyə ünvanlanmış *9.08.2024-cü il tarixli məktəbundan görünür ki, mərhum 02.08.20*7-ci il təvəllüdlü X2 *2.0*.2024-cü il tarixində evdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar *6.**.2023-cü il tarixindən ünvan 3 ünvanına köcdüyünə görə poliklinikaya müraciət etməmişdir. BŞT və TTYS-nın *2 saylı pölməsinin həkimi tərəfinciən Həkimə qədər ölün qeydiyyata almışdır Poliklinikanın ərazisində qeydiyyatda olmadığına görə poliklinika tərəfindən Ölüm haqqında şəhadətnamənin No AZS-*06 verilməsinə imtina edilmişdir və Məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə ərizədən görünür ki, X2 ikinci dərəcəli əlil idi. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi oğlunın ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum oğlu X* *2.0*.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 02.08.20*7-ci il tarixdə Bakı şəhərində doğulmuş X* *2.0*.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3746/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3746/2024
26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver