Məhkəmə qərarları › İş №2(003)-3747/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3747/2024

29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3747/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, X* iştirakları ilə Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı *4.07.*97*-ci il təvəllüdlü X2 *4.08.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, qardaşı mütəmadi olaraq spirtli içki qəbul edirdi. Onlar Binə qəsəbəsində birgə yaşayırdılar.Qardaşı *4.08.2024-cü il tarixdə evdə halının pisləşməsi nəticəsində vəfat etmişdir. TTY gəlmiş və onun qardaşının ölüm faktını müəyyən etmişdir.Qardaşı 53 yaşında vəfat etmiş və Yeni Suraxanıda dəfn olunmuşdur.Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilmiş X6 məhkəmə iclasında bildirdi ki, Oksana 60 ildir ki, onun qonşusudur.Oksananın qardaşı Valentin təxminən *4.08.2024-cü il tarixdə vəfat etmişdir. X*0muşdur.O, dəfndə və yas mərasimində iştrak etmişdir. Şahid qismində dindirilmiş X3 məhkəmə iclasında bildirdi ki, Oksana onun 42 illik qonşusudur. Oksananın qardaşı Valentin spirtli içki qəbul edirdi, heç bir yerdə işləmirdi.Valentin təxminən 2024-cü ilin iyul ayında vəfat etmişdir.O, dəfndə iştrak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu, X7 29* saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 *4.08.2024-cü ildə vəfat edib və Yeni Suraxanı qəbristanlığında dəfn olunub. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-*6- 5/8-*5-Y-*240/2024 saylı məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs qardaşı X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil və bunun üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. İş materiallarında olan 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının *5.08.2024-cü il tarixli, 3*4 nömrəli məktubundan görünür ki, *4.07.*97*-ci il təvəllüdlü X2 *4.08.2024-cü il tarixdə TTTY tərəfindən ölüm faktı qeydə alınmışdır.Vəfat edən şəxs 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığı üçün TQS №*06 verilməsindən imtina edilmişdir. İş materiallarında olan AЗБ seriyalı, *6*065 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *4.07.*97*-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.AtasıYermakov Mixail Mixailoviç, anası X4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum qardaşı X8 *4.08.2024-cü il tarixdə, Bakı şəhərində ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *4.07.*97*-ci il təvəllüdlü X2 *4.08.2024-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar