Məhkəmə qərarları › İş №2(003)-3767/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3767/2023

28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3767/2023 28.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi 07.06.*965-ci il təvəllüdlü atası X* 20.*0.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, atası 07.06.*965-ci il təvəllüdlü X2 qəfildən 20 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Atası dünyasını dəyişənə qədər onlarla bir ünvanda yaşamışdır. Həmçinin dəfn mərasimində qohumlar və qonşular da iştirak etmişlər. Onlar da bunu təsdiq edə bilərlər. Ölüm haqqında şəhadətnamənin müəyyən müddət ərzində alınmasından məlumatsız olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atası uzun müddət ürək xəstəliyindən əziyyət çəkmişdir. Vəfat edən gün səhər saatları olmuşdur və təcili tibbi yardım çağırılmışdır. Mərhumu Sabirabad rayonunda yerləşən qəbirstanlıqda dəfn etmişlər. Atasının ölüm faktının müəyyən edilməsi ərizəçiyə və ailəsinə sənədləşdirmə məsələlərinin həlli üçün lazımdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, *994-cü ildən bəri ərizəçinin qonşusudur. Mərhum 4-5 il idi ki, xəstə idi. Evdə müalicə olunurdu. Ürək xəstəliyi var idi. Vəfat edən gün qonşuların səs-küyünü eşitdiyini bildirmiş və sonra gedib görmüşdür ki, Əsgər Qasımov vəfat etmişdir. Təcili yardım gəlib meyiti təhvil almış, daha sonra mərhum Sabirabad rayonunda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, *994-cü ildən bəri ərizəçinin qonşusudur. Əsgər Qasımo vəfat edən gün qonşuların səs-küyünü eşitmiş və gedib görmüşdür ki, mərhum vəfat etmişdir. Təcili yardım gəlib meyiti təhvil aldı, daha sonra Sabirabad rayonunda dəfn edildi. Dəfndə iştirak etmişdir. Mərhum ağır xəstəlikdən əziyyət çəkmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. AZE seriyalı *6505*74 saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X2 07.06.*965-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-*6-5/8-*0-207*/2023 saylı məktubundan görünür ki, X* ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 4 nömrəli şəhər poliklinikası tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli *7* saylı məktubdan görünür ki, mərhum 07.06.*965-ci il təvəllüdlü X2 poliklinikada tibbi qeydiyyatda olmadığından ona ölüm haqqında şəhadətnamə /AZS- *06/ verilməmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş qəbirüstü abidənin foto şəklində qeyd edilmiş yazılar: X2 7.Vİ.*965 – 20.X.2022. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 07.06.*965-ci il təvəllüdlü X* 20.*0.2022-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 07.06.*965-ci il təvəllüdlü X* 20.*0.2022-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar