Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3797/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, *5.*0.*98*-ci il təvəllüdlü X2 06.05.*984-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, *5 oktyabr *98*-ci il təvəllüdlü X4 onun qızı olmuşdur. Qızı, *5 oktyabr *98*-ci ildə anadan olmuş, onun doğumu *4 dekabr *98*-ci ildə doğum aktları qeydində qeydə alınmış, lakin qızım *984-cü ilin may ayının 6-da, hələ körpə olarkən ölmüşdür. Belə ki, 06 may *984-cü il tarixdə qızı X4 hələ 3 yaşında olan zaman zəhərlənmiş və həmin gün yaşadıqları ünvan 1 ünvanda ölmüşdür. Onlar qızını Buzovna qəbirstanlığında dəfn etmişlər, qızı körpə olduğuna görə, ona baş daşı qoyulmamışdır. Həmin vaxtdan qızının ölümü barədə hər hansı bir sənəd alınmamış, qızı körpə olduğuna görə buna lüzum olmamasına fikirləşmişdir. Lakin arvadının atası X6 fərdi yaşayış evi miras qalmış, bu evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alan zaman məlum olmuşdur ki, qızı X2 doğum haqqında şəhadətnaməsi olsa da, onun ölümü qeydə alınmamış, ölümü barədə Qeydiyyat orqanında hər hansı bir qeydiyyat aparılmamışdır. Bununla əlaqədar Bakı şəhəri Maraqlı şəxsnə gedərək qızımın ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman X* Günay Əbdülməmməd qızının ölümünün təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün, onun ölümü barədə akt qeydini tərtib etmək qeyri mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qızım ev şəraitində öldüyü üçün onun ölməsi barədə tibb müəssisəsindən tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X** ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Onlar bir həyətdə yaşayırlar. Ərizəçinin qızı X2 06.05.*984-cü il tarixdə yaşadığı evdə ölmüşdür. Belə ki, Günay uşaq olmuş, bacısına aid dərmanını içmiş və buna görə də zəhərlənmişdir. Günayı Buzovna qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. O, Binəqədi rayonunda yaşayır. Ona hadisə ilə bağlı məlumatı növbəti gün verilmiş və həmin zaman ərizəçi gilə gəlmişdir. Həmin zaman bilmişdir ki, Günay heç kimi xəbəri olmadan bacısına aid dərmanı içmiş və zəhərlənmişdir. Zəhərləndiyinə görə də ölmüşdür. Odur ki, ərizəçinin qızı, *5.*0.*98*-ci il təvəllüdlü X2 06.05.*984-cü il tarixdə yaşadığı evdə ölməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X9 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Hadisə olan günü o da ərizəçi gildə olmuşdur. Ərizəçinin digər qızı həmin zaman xəstə olmuş və ona müəyyən dərman 6/* hissəsi miqdarında verilmişdir. Günay hissə heç kimin xəbəri olmadan həmin dərmandan qəbul etmiş və zəhərlənmişdir. Günay özündən gedəndən sonra məlumatları olmuş və dərhal xəstəxanaya aparmışlar. Xəstəxanada bildirmişlər ki, Günay artıq zəhərlənmədən ölmüşdür. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Maraqlı şəxs tərəfindən təqdim edilmiş 442 nömrəli *4.*2.*98*-ci il tarixli doğum haqqında akt qeydinin surətindən görünür ki, X4 *5.*0.*98*-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Ərizəçi, anası isə X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *9.05.2022-ci il tarixli arayışdan görünür ki, *5.*0.*98*-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 07.*2.202*-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2000-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan *4 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, *5.*0.*98*-ci il təvəllüdlü X4 *4 nömrəli BŞX-nın poliklinika şöbəsində qeydiyyatda olmadığı və onun ölüm hadisəsi heç bir həkim-mütəxəssis tərəfindən qeydə alınmadığına görə ölüm haqda tibbi şəhadətnamə verilməsi müəssisəsinn səlahiyyəti daxilində deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *9.05.2022-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, X2 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi qızı X2 06.05.*984-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə *5.*0.*98*-ci ildə Bakı şəhərində doğulmuş X2 06.05.*984-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *5.*0.*98*-ci ildə Bakı şəhərində doğulmuş X2 06.05.*984-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3797/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3797/2022
20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver