Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3870/2022 11.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/2-00467 saylı barışıq sazişinin təsdiq edilməsi və ərizə verilərkən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 1774/2022 saylı qətnaməsinə əsasən aralarında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış 1790 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 onun yanında qalması qət edilmişdir. Məhkəməyə qədər olan Mediasiya mərhələsi zamanı tərəflər arasında razılıq eldə edilmiş və xx.xx.2022-ci il tarixli №-MŞB/2-00467 saylı barışıq sazişi bağlanmışdır. Həmin Barışıq sazişinə əsasən: “İkinci tərəf” (Maraqlı şəxs) Saziş imzalandıqdan sonra “Birinci tərəf”ə (X2) xx.xx.2022-ci il tarixdən xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər bir uşaq üçün hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat sabit pul məbləğində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Hazırki vəziyyətdə isə Maraqlı şəxs xx.xx.2022-ci il tarixli №-MŞB/2- 00467 saylı Barışıq sazişinin şərtlərinə əməl etməkdən boyun qaçırır və o, ümumiyyətlə keçən aylar ərzində heç bir aliment ödənişi həyata keçirməmişdir. Elə bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 1774/2022 saylı qətnaməsinə əsasən aralarında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış 1790 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 onun yanında qalması qət edilmişdir. İş materiallarında olan 26 mart 2022-ci il tarixli MŞB/2-00467 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs saziş imzalandıqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 anasının himayəsində qalmasını və X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər bir uşaq üçün hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat sabit pul məbləğində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 26 mart 2022-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs saziş imzalandıqdan sonra X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər bir uşaq üçün hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat sabit pul məbləğində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 26 mart 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 26 mart 2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, ərizəçi məhkəməyə ərizə verərkən 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənmişdir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-1. maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2. maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda ərizəçi məhkəməyə ərizə verərkən 50 (əlli) manat məbləğində dövlət rüsumu ödədiyindən, 50 (əlli) manat məbləğində pul vəsaiti Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Dövlət rüsumunun ödənilməmiş qalan 50 (əlli) manat məbləğində hissəsi Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 26 mart 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs Ərizəçi xx.xx.2022-ci il tarixdən xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər bir uşaq üçün hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat sabit pul məbləğində alimenti ödəməlidir. Həmçinin ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat məbləğində pul vəsaiti Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməli, Maraqlı şəxs 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 anaları Ərizəçi himayəsində qalsınlar. Maraqlı şəxs Ərizəçi xx.xx.2022-ci il tarixdən xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019cu il təvəllüdlü X1 üçün hər bir uşaq üçün hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat sabit pul məbləğində aliment ödəsin. Ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat məbləğində pul vəsaiti Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Maraqlı şəxs 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3870/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3870/2022
11.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver